2021-ci ilin fevral ayının ən parlaq şəkilləri - Euronews-un təqdimatında Featured

Rate this item
(0 votes)

2021... Təbii və siyasi kataklizmlərlə dolu,  COVİD-19 pandemiyasının qadağaları ilə yadda qalan daha bir il.

Biz pandemiyanı dayandırmaq üçün vaksinlərə və planetimizi xilas etmək üçün siyasi qərarlara böyük ümidlər bəsləyirdik, lakin görülən işlərə baxmayaraq, bütün səylər uğurla nəticələnmədi.

2021-ci illə vidalaşmazdan əvvəl, Euronews sizə son 12 ayın əsas hadisələrini nəzərdən keçirməyi və yada salmağı təklif edir. “Ədəbiyyat  və incəsənət” portalı da vasitəci olaraq ilin ən gözəl fotolarını sizlərə təqdim edir. 

Bu gün sizə 2021-ci ilin fevral ayında baş verən üç hadisənin fotosunu təqdim edəcəyik. 

 

Fevral, 2021-ci il. 

 

1-ci yer

İspaniya

Sevgili cütlük Barselonada, alovlanan barrikadaların arasında. Şəhərdə bu cür qarşıdurma dalğası reper Pavlo Haselin həbsindən sonra başlamışdı.

Foto: Emilio Morenatti/AP Photo

 

2-ci yer

Almaniya

Frankfurt yaxınlığında, Niderauda aramsız yağışlar və buzların əriməsi az qalmışdı ki, dəmir yolunu yuyub aparsın. 

Foto: Michael Probst/AP Photo

 

3-cü yer

Belarus

“Belsat” telekanalının jurnalistləri Katerina Ansreyeva və Darya Çultsova Minskdəki etiraz nümayişindən canlı reportaj verdiklərinə görə 2 il müddətinə azadlıqdan məhrum edilirlər.

Foto:APF

 

4-cü yer

Türkiyə

Türkiyənin gözdən uzaq, ucqar dağ kəndində Covid-19 əleyhinə vaksinasiya aparılır.

Foto: Bulent Kilic/AFP

 

(Davamı olacaq. Növbəti dəfə 2021-ci ilin mart ayının ən əsas hadisələrinin ən yaxşı fotolarını görəcəksiniz. Buraxılışlarımızı izləyin).