Bu gün Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində azərbaycanlı rəssamın fərdi sərgisi açılacaq

Rate this item
(0 votes)

Rusiyanın paytaxtı Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yerləşən “Azərbaycan” pavilyonunda dekabrın 7-də azərbaycanlı rəssam Nigar Süleymanın “İllüziya” adlı fərdi sərgisi açılacaq.
AzərTAC xəbər verir ki, Nigar Süleymanın əsərləri “Qostinıy Dvor”dakı “Art Russia 2020” müasir incəsənət yarmarkasında və “Golden Talent” onlayn -platformada təqdim olunub. Onun əl işlərinin bəziləri Rusiya və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır.
Rəsmlər həndəsi abstraksiya və simvolizm üslubunda yerinə yetirilib. Tablolar sənətkarın emosiyalarını və daxili duyğularını əks etdirir.