Bu gün görkəmli rəssam Lətif Kərimovun 115 illiyidir

Rate this item
(0 votes)

 

Bu insan çox tanınnıb, uzun ağ saçları ilə diqqət çəkib həmişə. Lətif Hüseyn oğlu Kərimov 1906-cı il noyabr ayının 17-də Şuşa şəhərində anadan olub. 1912-ci ildə 6 yaşında olarkən valideynləri ilə birlikdə ailə vəziyyəti ilə əlaqədar olaraq İranın Məşhəd şəhərinə köçməyə məcbur olub, orada rəssamlıq dərsi alıb. Bir də 1929-cu ildə Şuşaya qayıdıblar, bir il sonra “Azərxalça” birliyində rəssam-təlimatçı təyin edilib. Sonra Bakıya köçüblər. 1945-ci ildən Azərbaycan Respublikası Elmlər Akademiyası  Memarlıq və İncəsənət İnstitutunun xalça sənəti şöbəsinin dəyişməz müdiri və eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi fəaliyyət göstərib. Onun eskizləri əsasında toxunmuş “Qonaqkənd”, “Şuşa”, “Göy- göl”, “Qarabağ”, “Şəbi-hicran”, “Firdovsi”, “Səməd Vurğun”, “Vaqif”, “Füzuli”, “Nəsimi”, “Əcəmi” və s. xalçaları Azərbaycan xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir.

 

L.Kərimov Azərbaycan mədəniyyə­tini dünyanın bir çox ölkələrində ləyaqətlə təmsil edib. Ümumdünya Paris, Nyu-York sərgilərində iştirak edib, Moskvada, Tiflisdə, Londonda böyük müvəffəqiyyətlə fərdi sərgiləri keçirilib. Lətif Kərimov Azərbaycan хalçaçılığının müхtəlif növlə­rinə aid kompozisiya və naхışları toplayıb, Quba, Şirvan, Bakı, Qazaх, Gəncə, Qarabağ, Təbriz və Borçalı хalça qruplarına daхil olan 150-dən artıq хovlu və хovsuz хalça məmulatı çеşidlərini yığıb, onların rəngli rеproduksiyasını hazırlayıb. 1967-ci ildə Lətif Kərimovun təşəbbüsü ilə Bakıda unikal muzeyin – Azərbaycan Xalça Muzeyinin əsası qoyulub, 26 il sonra isə muzeyə onun adı verilib. L.Kərimovun xidmətləri dövlət tərə­findən yüksək qiymətləndirilib. O, 1949-cu ildə Stalin mükafatı, 1950-ci ildə SSRİ Dövlət mükafatı laureatı olub, “Хalqlar Dostluğu” ordеni ilə təltif edilib. 1955-ci ildə “Əməkdar incəsənət xadimi”, 1960-cı ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. Lətif Kərimov 1991-ci il sentyabr ayının 9-da Bakıda vəfat edib, ruhu şad olsun.