Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir.
Nassim Talebin «Qara qu quşu» kitabından geniş bəhs edəcəyik. Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı.
Nassim Talebin maraqlı və düşündürücü fikirlərindən seçdiklərimdən hər gün 5-ni sizlərin ixtiyarına çatdıracağam. Beləliklə, növbəti 5-lik:
- Bizə çətindir ki, incəsənət əsərini tək gözəlliyinə görə yox, həm də özümüzün cəmiyyətə aid olmağımızı hiss etməkçün yaratdığımızı etiraf edək.
- Təqlidetmə bizi digər insanlara yaxınlaşdırır. O, tənhalıqla mübarizədir.
- Çəkməyə dizayn vermək çəkmə istehsal etməkdən daha gəlirli sahədir. «Nayk», «Dell» və «Boinq» firmaları ideya verməklə və öz nou-haularını təşkil etməklə pul qazanırlar, bu zaman inkişaf etməkdə olan ölkələrin subpodrat fabrikləri isə qazanmaqçun ağır qul əməyinə qatlaşırlar.
- Əgər siz insanlara desəniz ki, uğurun açarı həmişə səriştəlilik olmur, onlar düşünər ki, siz səriştəliliyin heç nəyi həll etmədiyini, uğurun açarının bəxtigətirmədə olduğunu iddia edirsiniz.
- Bizim qənaətlərimiz spesifikdir, iki yönlüdür. Bəzi problemlərin həllini bizə həyat dərsliklərdən daha yaxşı öyrədir, amma bəzilərini isə nəzəriyyədə praktikadakına nisbətən daha aydın başa düşmək olur.
“Ədəbiyyat və incəsənət”
(02.06.2023)