“Yaradıcı insanlar dağıdıcı insanlar haqqında yazanda uğur qazanır” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 statusunu təqdim edir. 

 

 

1.Ağıldan pis fikrin keçməsi insana aid olmaya bilər, amma onu orda tutub saxlamaq cəhdi insana aiddir.

 

2.Ağıllı sual verən, ağıllı cavab verənlə eyni qiymətə layiqdir.

 

3.Həyat menyusunda yaxşılıqlar da var, pisliklər də, hərə öz seçimini edir.

 

4.Qadının necə danışdığı nə danışdığından maraqlıdırsa, sevgidir.

 

5.İçində bütün dünya olan insan heç vaxt azmaz.

 

6.Yaradıcı insanlar dağıdıcı insanlar haqqında yazanda uğur qazanır.

 

7.Ürəklər də insanlar kimidir, vuranı da, çabalayanı da var.

 

8.Heç kimin xoşuna gəlməyə çalışma, laqeyd qalsan, sənin xoşuna gəlməyə çalışacaqlar.

 

9.Hər axmağa maraqlı insan kimi yanaşsan, yaşamaq asanlaşar.

 

10.Özünüzə qoyduğunuz qadağalar siyahısına vaxtaşırı düzəlişlər edin.

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2023)