REPLİKA: Memarlıq İttifaqı özü tarixi binaları bu hala salırsa, digərlərindən nə gözləyək?

Rate this item
(0 votes)

Dözülməz bir hal, tarixi binanın fasadı deşilərək ora kondisioner və peyk anteni quraşdırılıb. Gördüyünüz bu foto sosial şəbəkələrdə paylaşılıb.

 

Söhbət Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 24 ünvanında yerləşən Memarlar İttifaqının binasından gedir. Şəhərin arxitekturasının qeydinə qalmalı olan, tarixi abidələri vandalizm aktlarından qorumalı olan bir təşkilat özü yerləşdiyi tarixi binanı çoxsaylı kondisioner, hətta peyk anteni quraşdıraraq vandallığa imza atıb. Bina tarixi əhəmiyyətli tikili olduğuna görə fasadına ziyan verilməsi ictimaiyyətin narahatlığa səbəb olub.

Bununla bağlı tənqidlərini qeyd edən sosial şəbəkə istifadəçiləri Memarlar İttifaqını qeyri-peşəkarlıqda ittiham ediblər.

İndi görək, memar başbilənləri nə cavab verəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)