İqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 901,3 manat olub

Növbəti Açıq portfel xəbəri Dövlət Statistika Komitəsinə istinadla verilir.

2023-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 11,4 faiz artaraq 901,3 manat təşkil edib. 

Habelə, əməkhaqqı neft-qaz sektorunda 3 min 878,2 manat, qeyri-neft-qaz sektorunda 843,8 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 855,7 manat, özəl müəssisələrdə isə 952,5 manatdır.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2023)