Sabah Bakıda 17, bəzi bölgələrdə isə 22 dərəcə isti olacaq

 

Ölkəmizdə sabaha - martın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 5-7°, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 17-22° isti, dağlarda gecə 0-5°, gündüz 10-15° isti olacağı proqnozlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)