Şəhidlər barədə şeirlər - Tahir Əlizadə

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

 

Səhid TahirƏlizadə

 

Tahir Əlizadə 1994-cü il iyunun 21-də Biləsuvar şəhərində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Tahir Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulininQubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tahir Əlizadə noyabrın 8-də Şuşa döyüşləri zamanı ağır yaralaıb və dekabrın 6-da Mingəçevir şəhər Hərbi Hospitalında şəhid olub. Biləsuvar şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tahir Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tahir Əlizadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tahir Əlizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Dayımınşəhid oğlu,

Söylə indinecəsən?

Öncə ayaqlarını

Çatdırmışdın üçə sən,

İndidə şəhidoldun!

 

Şəhidoldun, özünü

Cənnətdə tapanbala.

Sən ey ana vətənin

Bağrından qopan bala.

 

İndi yerin necədi?

İndi kefin necədi?

Xoşuna gəlirmi heç,

Məzar evin necədi?

 

Necədi öz canını

Vətənə qurban etmək,

Necədi güllələrə

Sinəni meydan etmək?

 

Dosta dəyməsin deyə,

Özünü atmaq necə?

Sinəsiylə gülləni

Havada tutmaq necə?

 

...Necə olub, mən səni

Bağrıma basmamışam?

Sağ olanda bir dəfə

Zəng edib susmamışam.

 

Balaca uşaq idin,

Əsgər nə zaman oldun?

Sən nə vaxt böyüdün ki,

Belə qəhrəman oldun?

 

Qəhrəman olmaq olmur,

Qəhrəman doğulurmuş.

Sən demə qəhrəmanlar

Sənin kimi olurmuş!

 

Canım, dayımın oğlu,

Allaha əmanət ol.

Rahat uyu, rahat yat,

Özündən muğayat ol.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)