Dalğalı düşüncələr, cavabsız suallar... Featured

OXUDUĞUM KİTABLARA REMİX

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Bu gün yenə düşüncələrim də üz-üzə durduğum dəniz kimi dalğalıdır.

Özünü sahildəki yosunlu qayalıqlara çırpan bu ləpələr eyni ilə beynimin içində vurnuxaraq özünə cavab axtaran suallara bənzəyir. 

 

Və mən yenə üzərindən dönə-dönə keçsəm də cavab tapa bilmədiyim, hər dəfəsində ağlımla ürəyimi qarşı-qarşıya qoyan, bəzən bir az da irəli gedib həyata isyan məşəlinə od vuran şəxsi cavabsız sullarımdan qaçmaq üçün başqa cavabsız suallara üz tuturam.

Məsələn, görəsən o gün sahilə qonan quş gerçəkdən də albatros idi, ya qağayı?

Görən qoyun gülü yedi, ya yemədi?

Görəsən Eyden hansı Xloeni seçdi, gerçək ya yalançı?

Görən qağayılar tapa bildilərmi o məktubu?

Doğrudan da hər şeyin fevralda başlayıb fevralda bitməsi mistika idi ya tale?

Kimi Albatros modalar evini çox axtarmışdı, kimi də Alabaş dağını.

Etiraf edim, mən də Rona çayı üzərindəki o yarımçıq körpünü çox gəzmişdim. Lakin, tapmamışdım...

Eyni ilə başqalarının da nə Alabatros modalar evini nə də Alabaş dağını tapa bilmədiyi kimi.

Deyəsən doğrudan da bəzi axtarışlar nəticəsiz, bəzi suallar cavabsız, bəzi hekayələr də yarım qalmağa məhkumdur. Eyni ilə bu yazı kimi...

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)