YARADICILIQ EMALATXANASLNDA Fəxrəddin Teyyubdur Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət” 

 

Bu dəfə "Yaradıcılıq emalatxanası"nın qapılırı sevimli şairlərimizdən birinin üzünə açıldı. Bu şair söyləyir ki: "Şeir paltar deyil, yamaq götürə”

Bəli, əminəm ki, bu şairin kim olduğunu bildiniz, dəyərli Fəxrəddin Teyyub qonağımızdır.

 

-Xoş gördük, sözə qiymət verib, şeiri  

"balaca Günəş" adlandıran Şairimiz.

Yəqin ki, bu isti havada da ən gözəl istirahətiniz elə şeirlərlə- kitablarladır. Elə "Ədəbiyyat və İncəsənət" portalının da ən böyük istirahəti poeziya ilə, nəsrlə, mədəniyyət xəbərləri ilə keçir, bax elə bu gün Sizin də, elə bizim də qismətimizdə görüşmək varmış.

 

Mənim qəm dostlarım, ələm dostlarım,

Sevgi cığırında azaq təzədən.

Yığışın başıma qələm dostlarım,

Bir sevgi qanunu yazaq təzədən.

(Fəxrəddin Teyyub)

Fəxrəddin bəy- əziz Şairimiz, bizə çox maraqlıdır ki, Fəxrəddin bəy öz qələm dostları ilə yığılsa,  "sevginin hansı təzə qanunlarını" yazar?

Əminəm ki, bütün oxucularınız bu sualın cavabını maraqla oxuyacaqlar.

 

-Xoş gördük, Ülviyyə xanım, rubrikanıza dəvət etdiyiniz üçün minnətdarlığımı bildirirəm. 

Əlbəttə ki, bu şair sözüdü və məcazi mənada deyilib. Sonra da ki, dünya gözümüzün qabağında dəyişir. Bir başqa şeirimdə deyirəm ki, "şair sevməlidir ölənə kimi". Şair üçün sevgidə qadağalar olmamalıdır. Yaş bir qadağa, saçların ağlığı da bir qadağa. Söhbət şairin ruhundan gedirsə, qaydalar dəyişməlidir. Sevən bir ürəyə necə yasaq qoymaq olar? Ancaq mental dəyərlər dediklərimin üstündən xətt çəkir. Şair qınaq obyektinə çevrilir. Şair sevməsə yaza bilməz. Ona görə də üzümü şair dostlarıma tutub, gəlin təzədən bir sevgi qanunu yazaq dedim. Azadlıq anlamında. Yenə də deyirəm, bu şair sözü və fikridi.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)