“Yolu yaxşı tanımaq üçün onu bir dəfə azmaq lazımdır” - Hümbət Həsənoğludan 10 aforizm Featured

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğludan 10 aforizm təqdim edir. 

 

1.Adam öz içindəki heyvanı ram edə- edə insanlaşır.

 

2.İnsan tək qalanda düşündüklərinin toplusudur.

 

3.Kişiyə sevgi hissi verilib ki, qadını sevsin, ona ağıl da verilib ki, qadının içindəki insanı da görə bilsin.

 

4.Özünə yazığı gələnin, yazı gəlməz.

 

5.Özlərini səndən ağıllı sayanlara mərhəmətli ol, onların ən böyük ehtiyacı elə mərhəmətədir.

 

6.Pul üçün ən etibarlı yer onu biliyə çevirib başa qoymaqdır.

 

7.Sənə sidq ürəklə dua edənə canını versən, azdır.

 

8.Yolu yaxşı tanımaq üçün onu bir dəfə azmaq lazımdır.

 

9.Zəif kişilər ucbatından qadınlar güclü olmağa məcbur olurlar.

 

10.Zəngin insan öz mənəviyyatından gələn zənglərə cavab verə biləndir.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)