STATUSLAR STATUSUnda Nicat Həşimzadə

Növbətçi: Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə facebook sosial şəbəkəsindən yazar Nicat Həşimzadənin bir postunu sizlər üçün seçdim. Post sevilən şair Qulu Ağsəs barədədir. 

 

Qulu Ağsəsdən heç bir işim keçmir, heç bir asılılığım yoxdur. Məni tanıyan hər kəs bilir ki,  azad adamam. Ağlıma nə gəldisə deyən adamam. 

Amma bu adam böyük adamdır, bu adam əsl şairdir, bu adam əsl ədəbiyyat adamıdır.

Heç dostluğumda da yoxdur. 

Amma bu adama ürəyimdən gələn sözləri demək istəyirəm.

Qulu Ağsəs əsl şairdir.

Növbəti əsrə keçə biləcək 3 şairimiz varsa, biri mütləq Qulu Ağsəsdir.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2024)