“Sual işarəsi özünə inamını itirmiş nida işarəsidir” - Hümbət Həsənoğludan 10 aforizm Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğludan 10 aforizm təqdim edir. 

 

1.Xoş xasiyyət qızıl gülün ətri kimidir, hamıya xoş gələr.

2.Vaxt geri dönmür, amma sən geri dönüb nələrəsə təkrar cəhd edə bilərsən.

3.Ən yaxşı münasibət bir-birini itirmək istəməyən insanlar arasında olur.

4.Meyvəni günəş, insanı mübarizə yetişdirər.

5.Hissiyyatı olmayan bədbəxt olmur, amma xoşbəxt də ola bilmir.

6.İnsanın bütün öyrəndikləri özünə təsəlliyə kifayət edirsə, o, müdrik sayıla bilər.

7.Ölümün gözünə dik baxmamış insan həyatın dadını bilməz.

8.Sual işarəsi özünə inamını itirmiş nida işarəsidir.

9.Həqiqət acı dərman kimidir, qəbul etməlisən ki, yalan fəsad törədə bilməsin.

10.Rəqəmlər elmin, sözlər ədəbiyyatın yanacağıdır.

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2024)