“Bülbül istəyirsənsə, qızılgül bağı sal, özü gələcək” - Hümbət Həsənoğludan 10 aforizm Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğludan növbəti 10 aforizm təqdim edir. 

 

1.Çox söz verənin sözü az dəyərlidir.

2.Heç kimə inanmamaq hamıya inanmaqdan təhlükə­sizdir.

3.Özünü bahalı apar ki, ucuz münasibət axtaranlar sənə yaxınlaşmasın.

4.Qüsursuz insan olmadığını bilsən, hamı ilə rahat münasibət qurarsan.

5.Sənin gözlərini, qulaqlarını və qəlbini eyni vaxtda yalnız insan sevindirə bilər.

6.Bülbül istəyirsənsə, qızılgül bağı sal, özü gələcək. 

7.İncə yumor hissi olan qadın tapıntıdır. Onun bu hissini qarşılaya bilən kişi bu tapıntıya şanslıdır. 

8.Eyfel qülləsinə hardan baxmağın əhəmiyyətli deyil, əhəmiyyətli olanı sənin Parisdə olmağındır. 

9.Sənin himayəndə olan yeganə insan özünsən. Onu da xoşbəxt edə bilməlisən.

10.Qəlbindəki kədəri üzündəki təbəssümlə ört ki, əğyar sevinməsin.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2024)