“Səmimi olanları sevirlər, ancaq aldadırlar” - Hümbət Həsənoğludan 10 aforizm Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğludan növbəti 10 aforizm təqdim edir. 

 

1.İnsan yalnız sevdiyi işlə məşğul olduqda özünü azad hiss edir.

2.Sənə olan münasibətin göstəricisi söz yox, əməldir.

3.Xoşbəxtliyini sübut etmək istəyən xoşbəxt deyil.

4.Günü günə calamaq olmur, arada gecə var.

5.Zirvəyə qalxanda bilməlisən ki, orada hamı qısa müddətdə olur.

6.Uğura gedən yola düzülən hər daşın üstünə “cəhd” sözü yazılıb.

7.Getdiyin yerin girişini yadında saxla, bura həm də yeganə çıxış ola bilər.

8.Səmimi olanları sevirlər, ancaq aldadırlar.

9.İnsanın iradəsi nəfsinə müqaviməti ilə ölçülür.

10.Ağıl ünsiyyəti hörmət, qəlb ünsiyyəti səmimiyyət yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)