Çalışın özünüzü göynən aparın - AKTUAL Featured

Rate this item
(0 votes)

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Cəmi bircə dəfə yaşama şansımız olan həyatı, sözün əsl mənasında, yaşamaq lazımdır. Yediyiniz yeməyi, geyindiyiniz paltarları, oxuduğunuz kitabları, eləcə də, həyatınızdakı insanları seçməyə çalışın. İmtina etmək, bəyənməmək sizin ən təbii haqqınızdır. 

 

Əgər yediyiniz alma sizin mədənizə ziyan verirsə, onu əkib-becərməyə sərf etdiyiniz əməyi zibilə atmağı bacarmalısınız. Əgər, oxuduğunuz kitab sıxıcıdırsa, onu oxuduğunuz hissədən qatlayıb rəfə yerləşdirin, ancaq oxuduğunuz sonuncu səhifəni əsla unutmayın, çünki həmən səhifə sizin vaz keçiş səbəbinizdir. Əgər hamı eyni markadan geyinirsə, sizin də brendə ayaqlaşmaq kimi məcburiyyətinizin olmadığını unutmayın. Və ən önəmlisi, əsla xəyallarınıza sərhəd qoymayın. Qurduğunuz xəyalın reallaşması sizin ölümsüz olma ehtimalınızdan daha mümkünsüz olsa belə o xəyalı qurun, ən azından, beyninizdə o anı yaşayaraq qəlbinizi xoşbəxt etməyi bacarın. Hədəfləriniz və disiplininiz həyatınızın mərkəzində olsun. Əmin olun, siz bu həyatı hər özünüzə görə yaşadıqda, insanlar sizin risk alıb sınamağa cəsarət etdiyiniz həyatı daim qınayacaq. Sərhədləri yıxın, ancaq sərhədlərinizi yıxdırmayın. Özünüzü göydən aparın, göydən aparın ki, xoşbəxtlikdən ayaqlarınız yerə çatmasın. Sizin bir dəfə dünyaya gəldiyiniz həyatı sonuna qədər yaşamağa haqqınız var. Siz yaşayın ki, onlara deyinməyə söz olsun.

"Bu da özünü tutdu, yamam qudurdu. Bax indi göynən gedir”.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2024)