Bağışla, gecikdiyim üçün… - ESSE Featured

Rate this item
(4 votes)

Turunc Baxışlı, “Ədəbiyyat və incəsənət”

 

- Salam, necəsən? Mən dünən səni gördüm,  gedirdin. Tək deyildin özü də, çox xoşbəxt görünürdün, səmimi gülüşün kənardan çox aydın hiss olunurdu. Sənin yerinə sevindim.

- Hə… xoşbəxtəm, həm də heç vaxt olmadığım kimi. Məni anlayan, dəyər verən, istəklərimə hörmətlə yaxınlaşan birinin yanında necə xoşbəxt olmaya bilərəm ki. 

Bilirsən, bəzən həyatda insan sevgidən daha çox anlaşılmağa ehtiyac duyur. 

Bağışla ki "bilirsən" dedim, axı sən hardan biləsən, deyilmi?

-Bilirsən, sən də heç dəyişməmisən. İllərin nifrəti hələ də gözlərindədi, sanki bir zamanlar bir-biri üçün ölməyi belə gözə alan insanlar biz deyildik. Bəlkə də sən məni bağışlasaydın, indi xəyalını qurduğumuz evin həyətində üz-üzə oturub sevgi dolu söhbət edirdik ötənlərdən. 

- Bağışlamaq? İncimə, amma xəyanəti bağışlamaq özümə edə biləcəyim ən böyük cəza olardı. Unutma, hər kəs bağışlanılmağa layiq olacaq qədər şanslı deyil…

 

"İlahi bu nə yuxu idi belə? Onun ölümündən artıq 3 ildi keçir, amma mən hələ də onun məni bağışlamağına ümid edirəm. Necə də aciz biriyəm, yanımdaykən onu xoşbəxt edib bir dəfə də olsun, “sevirəm” sözünü dilə gətirə bilmədim. Anlamağı, dinləməyi heç zaman düşünmədim, onu başqasına dəyişmək isə nə qəlbimi, nə də ruhumu incitdi. İndi isə.....

Bağışla məni, bağışla məni, sənə gecikdiyim üçün…”

 

Necə də qəribə bir həyatdı, deyilmi, Əzizim? 

Biz insanlar yanımızda olarkən heç kimin dəyərini bilmirik. Sevsək belə dilə gətirməyə gücümüz yetmir təəsüff ki. 

Və bir gün tək həqiqət peşmanlıq olur. Etdiklərin və etmədiklərin üçün peşmanlıq.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2024)