Gileylilər imperiyası - AKTUAL Featured

Rate this item
(8 votes)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Yox cavabı vermək bəzən bizi pis biri edə bilir,  amma hər zaman baş üstə demək də bizi  yaxşı biri etmir. Etməməlidi də heç, necə ki, yox cavabı vermək də pis etməməlidir əslində.

Din məsələsinə gələndə, belə bir söz var da, dindarlığını Allaha göstər, mənə insanlığın lazımdı.

İnsanlar tarix boyu və elə indinin bu günündə də heç vaxt heçnəyi düzgün bölüşdürüb, düzgün nizamlamağı, heçnəyi düzgün yerə qoymağı bacarmırlar. Və sonda da həmişə gileylidirlər həyatdan, biri digərindən və cəmiyyətdən. Həyatın qayəsi özü çətinliklər, sınaqlardı zatən, necə ki, şam əgər yanmırsa yaşamır demək. Yəni həyat çətinliklərə rəğmən yaşanılar, əslində. Həyatı bir-birləri üçün yaşanılmaz bir hala gətirən isə insanlardır.

“Çərpələng uçuran” əsərində ən böyuk günah oğurluqdur deyir müəllif. Sən bir kişini öldürürsənsə, onun yoldaşının ərli, övladının atalı yaşamaq hüququnu oğurlayırsan və s. İnsanlar bir-birlərinin Allah tərəfindən bəxş edilmiş halalca həyatlarının oğrusudurlar qısacası.

Salam Qədirzadənin də dediyi kimi: Ürəkləri fərəhləndirən də, kədərləndirən də insanlardır... Quran da, dağıdan da onlardır - insanlar. 

İnsanlar!.. İnsanlar!..

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2024)