“Hamı bir dünyada yaşasa da, hərə öz dünyasında yaşayır” - Hümbət Həsənoğludan 10 aforizm Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğludan növbəti 10 aforizm təqdim edir. 

 

1.Ağız pis-pis danışandan sonra onu bərk-bərk yummağın xeyri yoxdur.

 

2.Sevib qarşılığını ummayan xoşbəxtliyi həmişə özü ilə gəzdirəndir.

 

3.Bu dünyaya insan kimi gəlmisən, çalış, bu dünyadan da insan kimi gedəsən.

 

4.Ağılların toqquşmasından elm, hisslərin toqquşmasından sevgi yaranıb.

 

5.İnsan geri qaçsa belə, həyat onu irəli aparır.

 

6.Hamı bir dünyada yaşasa da, hərə öz dünyasında yaşayır.

 

7.İnsana qulaq as ki, onunla danışıb-danışmamağa qərar verə biləsən.

 

8.Buraxmayacağına əmin olmadığın əlləri tutma.

 

9.Vaxtını uzanmaqla keçirənin ömrü uzun olmur.

 

10.Paxıllıq öskürək kimidir, istəməsən də, üzə çıxır.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2024)