“Yalan dediyinə görə səni bağışlayarlar, həqiqətə görə isə heç vaxt” - Hümbət Həsənoğludan 10 aforizm Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğludan növbəti 10 aforizm təqdim edir. 

 

1.Təklik yaxşı şeydir, əgər bu haqda sonradan bölüşməyə insanın varsa.

 

2.Arzuları kişinin cibinə uyğun olan qadın sonda xoşbəxt olur.

 

3.Ehtiyatla söz verənə cəsarətlə inan.

 

4.Müasir insanın həyatı interneti qoyub görüşə bildiyi insanların sayı ilə ölçülür.

 

5.Başqa başlarla məsləhətləş, amma öz başının da olduğunu unutma.

 

6.Macəra dolu həyat istəyirsənsə, insanlara etibar et.

 

7.İşləyən saatın sənin də işləməli olduğuna işarədir.

 

8.İnsan tərifi dilucu, söyüşü ürəkdən deyər.

 

9.Yalan dediyinə görə səni bağışlayarlar, həqiqətə görə isə heç vaxt.

 

10.Səni yaxınlarına bağlayan ipləri uzun eləsən, qırılmaq ehtimalı azalar.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2024)