“Qaranlıq işıqla dostluq edə bilər, əgər kordursa” - Hümbət Həsənoğludan 10 aforizm Featured

Rate this item
(0 votes)

1.Utanmaq kiçik günahların əlamətidir, böyük günahlar abırsızlıqla  şərikdir.

 

2.Qadın başa düşmək üçün yaradılmayıb, o, yalnız sevmək üçün yaradılıb.

 

3.Qaranlıq işıqla dostluq edə bilər, əgər kordursa.

 

4.Kişinin nə dediyi, qadının necə dediyi vacibdir, çünki kişi ağlı ilə, qadın isə qəlbi ilə danışır.

 

5.Kədərini təbəssümlə ört-basdır etmək güclü insanların adətidir.

 

6.Xırda sevinclər xırda pullar kimidir, daha çoxuna ümidin yaranır.

 

7.Həyat da yer kürəsi kimi dairəvidir, qaçdığın insanları qarşında təkrar-təkrar görəcəksən.

 

8.Haqlı olmağın birinci şərti, başqasından tələb etdiyinin özündə olmasıdır.

 

9.Düşündüyünü deyə bilmək insana pəncərələr, düşündüyünü özündə saxlaya bilmək isə qapılar açar.

 

10.Daxilən azad olmayan insana verilən xarici azadlıqlar əhəmiyyətsizdir.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)