Səfa Mehdi: “Məğlubiyyət doğulmaqdı, ölüm qalibiyyət” - MÜSAHİBƏ Featured

Rate this item
(1 Vote)

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Sosial mediadan istifadənin geniş yayıldığı bir dövrdə özünə fərqli bir abu-hava yaratmış, eyni zamanda gənc kütlənin marağına səbəb olan Səfa Mehdi ilə olan söhbətimi sizlərə təqdim etmək istəyirəm. Mövzumuz isə bir qədər dərin, ancaq kəlimlərin yetərsiz olduğu Sevgidəndir.

 

1.Ümumiyyətlə, sən, yoxsa siz?

 

-Ümumiyyətlə, biz, nə qədər ki, sən və mən biz olmadıq, çox çətin olacaq.

 

2.Sevgini harada satırlar?

 

-Sevgi satılmır, havayı paylaşılır. Sevgini kimsə havayı götürüb pula satırsa, bu o demək deyil, sevgi satılır. Sevginin mənbəyinə enmək lazımdı, orda havayıdı hər şey.

 

3.Sevən insan dəlidir, yoxsa sevməyi unutduğunu iddia edənmi?

 

-Ramiz Rövşən demişkən, hamı günahkardı dünyada bəlkə, dünyada heç kimin günahı yoxdu. Hamısı dəlidi, əlisi də vəlisi də, sevəni də, unudanı da. Atılmışı da, qaçanı da.

 

4.Sadəcə, "sən dəlisən"?

 

-Mürəkkəb, #məndəliyəm

 

5.Niyə dəli olmağın romanı var?

 

-Niyə ağıllıların hər şeyi var, bir dəlinin romanı çoxmu oldu??

 

6.Sevgini yaşatmaqmı, sevgini yaşamaqmı?

 

-Yaşamasan yaşatmazsan. Yaşamaq yanmaq deməkdi, yanıb yaşayasan gərək. Əsas yaşamaqdı, hər şeydə.

 

7.Sevgi məğlubiyyətdir, yoxsa sevgiyə məğlubiyyət ən böyük qalibiyyətdəndir?

 

-Məğlubiyyət doğulmaqdı, ölüm qalibiyyət. Sevgi onun içində vasitə

 

8.Ardı var?

 

-Sonu birdir, ardı var.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2024)