O həm də sədaqətli dost idi…

Rate this item
(8 votes)

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu vəfasız ömür, bu coşqun dərə

Gərək boş-boşuna axıb keçməsin!

Bu gözəl cahanı sanıb pəncərə,

Hər gələn sadəcə baxıb keçməsin.

 

Belə deyirdi şair. O şair ki, həyatının çiçək açan dönəmində çiçəyini soldurub, özünü əbədi yoxluğa çəkə biləcəklərini  düşünmüşdülər. Amma onlar fərqində deyildi ki, bu xalqın qəlbinə əbədi Müşfiq izi vurdular. Müşfiq həm də çox yaxşı dost idi.

 

Müşfiqin həbsindən öncə onu yanına çağıran Ayna Sultanova onun Hüseyn Cavid əleyhinə bir-iki mənfi rəyi yazması ilə qurtula biləcəyini söyləyir. Ardınca isə Hüseyn Cavidi onsuz da itirmişik deyir. Amma bunun cavabında Müşfiq deyir ki, mənim sağ əlim Hüseyn Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram. Ayna Sultanova bu dostluğun, mərdliyin qarşısında dözməyib ağlayır.

 

Mənim könlüm deyir ki, hələ bunlar nədir ki…

Böyük günlər, şanlı günlər, şən günlər,

Yoluna düşən günlər hələ qarşımızdadır!

 

Bu gün Müşfiqin ruhu şaddır, vətənin şad günlərini görmək Müşfiq sevənlərə görmək qismət oldu.

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2024)