İndi hər ikimiz yorulmuşuq - SEVGİ MƏKTUBLARINNDAN Featured

Rate this item
(2 votes)

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

 

İndi sən də yorulmusan, indi mən də yorulmuşam. 

 

Səbəbsiz bir xəcalətin yükündən əzginləşmiş, xaraba küçələrdə kölgədə bezginləşmiş sonumuzu gözləyirik.

 

O küçədə olan qəssab bıçaqsız ət doğrayır. 

 

İndi dəmirçi əmim qəssab dükanını bağlayır. Yolu evə sarıdır. 

Pəncərəni örtərək, qapını açıq qoyur, gecəni salamlayır. 

 

Mənsə boş-boş baxaraq yol alıram sonsuza.

 

Səni arxamda qoyub üz tuturam yolunuza... 

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)