İnam Featured

Rate this item
(0 votes)

Lala Hasancan, “Ədəbiyyat və incəsənət”

 

“İnam buludları yarmaq kimidir. 

Qazansan, həyatın dəyişmiş  kimidir”. 

 (Lala Hasancan)

 

Sevgi və sevginin təcrübəsi umümi anlamda daha çox hadisələr arasında iki aşiqin bir-biri ilə münasibətdə güvənc şəkilləndirmələri, aralarında olan çaşqınlıq halları, müstəqil dəyişmələr, yəni, əsl mənada münasibətə olan təsirlər ayrılıq fəlakətəri ilə nəticələnə bilər.

Sevgilər müxtəlifdir. Bəziləri yüngül narahatlıqla, bəziləri isə ağır fəsadlarla sonlana bilir. Qısqanclıq sevginin mərkəzində duran önəmli faktorlardan biridir. Bu kimi hallarda cütlüklər arasında yaranan inamsızlıq, güvənsizlik kimi problemlər öz əksini tapır. İki cütluk arasında mübahisəli bir hallar yaranmağa başlayır. Qısqanclıq sevginin bir parçasıdırsa, demək ki, anlayış da bu qısqanclığın göstəricilərindəndir. Bir-birini anlamaq, təbii ki, həddi aşmamaq şərti ilə qarşı tərəfə sevgi ilə dəyər vermək etibarı qazanmağa imkan yaradır. Sevmək və sevdiyini qorumaq hər iki aşiq üçün qarşılıqlı inam, etibar, hörmət əlaməti - hər biri eşq və məhəbbətin simvoludur. Yaşanması gözəl olan sevginin inamı da bir o qədər sabit sevgi dolu olmalıdır. Sevgi sahibləndiyimiz, dəyər verdiyimiz insan duyğularının cəsarəti, həyat amalı, qismətimizin zənginliyidir. Sevmək inanmaqdır. İnam isə daşıdığımız sevginin baxışlarında hiss olunan güclü sevginin silahıdır. Sevgidə inam çox vacibdir. Qarşı tərəfə inam, etibar, güvən munasibətləri daha möhkəm qurmağa əsas yaradır. Bu, bizim daxili və xarici aləmimizdə olan davranışlarda  xüsusi yer alır. Tərəflər yaşadıqları münasibətlərdə sevgisinə nəzərən emosiyalarını cilovlaya bilməli və inam gücünə etibar etməlidir. İki aşiq etdikləri səhvlərini gizlətmək yox, etiraf etməyi və anlayışla qarşılıq göstərməyi bacarmalıdır. Hər bir münasibətdə inam fərqli çəkildə təzahür edir. Fərqli yanaşmalara, anlayışlara yol açır. 

Problemli insanlar, əlbəttə ki, bu baxımdan psixoloji nəzərlərlə baxsaq, əks tərəfə ciddi problemlərlə üzləşəcək şəkildə mənfi təsirlər göstərir. Lakin anlayışın imkanları təqdirində  insanlar inamla problemlərdən rahatlıqla aşa bilmənin bir obrazını yaşaya bilir. Xoşbəxt münasibət və xoşbəxt insan duyğularında inamlı insan obrazının yaranması ideal bir gücün reallaşmasına səbəb olur. Güclü və gücsüz münasibətlər inamın gücünü reallaşdırır. Kamil insan bu ideyalar sırasında asanlıqla həqiqi bir inam obrazını reallaşdıra bilir.

İnandığımız hər bir hiss inamı nisbiləşdirən və doğma bir insan siması yaradan layiqlilik simvoludur. Əlçatmaz heç nə yoxdur. Sadəcə, bu əlçatmazlar sırasında insan duyğularını reallaşdıran füsunkar bir dəyər, qiymət, hörmət adlı qüvvələr yer alır. Bunların sırasında isə reallaşan əbədi sevgilərin bütöv bir hissəsi vardır.

 

“Ədəbiyyat və incəaənət”

(01.12.2023)