Aydınlan Featured

Rate this item
(26 votes)

 

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

51 yaş üçün

 

 Bəlkə də, külə dönməyin tam vaxtıdır. Bir simurq misali yenidən doğulmağın tam vaxtıdır. Yaş artıq öz sözünü deyir. Sən yeniliklərə açıq ola bilməyərək öz dövrünün gözəlliklərini sevməyə öyrəşmisən. Sən nostalgiyanı sevməyi öyrənmisən. Çünki sizlər "bizim vaxtımızda belə deyildi.", "Biz böyüklərimizdən belə görməmişik" deyərək gələn günlərinizi ötən günlərinizə qurban vermək istəyirsiniz. 

Uşaqkən tez böyümək arzusunda olan bizlər, yaşlı vaxtımızda da "kaş uşaq olaydım" deməyə başlayırıq. 

Mən o yaşlı nəsli sevirəm ki, onlar beyinlərinə güncəllənmə verməyi bacarırlar, qınamırlar, gənclərdə günah axtarmırlar. Mən o yaşlı nəsli sevirəm ki, bir zamanlar gənclikdə buraxılan səhvləri zamanında özlərinin də buraxdıqlarını anlayırlar. 

Yaşlılar özləri də uşaq olmaq istədikləri üçün nəvə sahibi olmaq istəyirlər. Çünki yalnızbaşına oyuncaqla oynasalar onlara güləcəklər, lakin bir uşaqla oynasalar "uşağın başını qatmaq üçün oyun oynayırdım" deyərək özlərini inandıra biləcəklər. 

“Balaca şəhzadə" kitabında da deyildiyi kimi, "Axı bütün böyüklər nə vaxtsa uşaq olublar, lakin çox təəssüf ki, onların yalnız çox az hissəsi bunu xatırlayır."

 

“Ədəbiyyat və incəsənət”

(30.11.2023)