Öyrəndiklərini qarşılaşdır Featured

Rate this item
(39 votes)

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

26-35 yaş üçün

 

Artıq öyrəndiklərini tətbiq etməyin tam vaxtıdır. Bilmək yox, bacarmaq önəmlidir. Əgər bacarığın  çatmayacaqsa, onu bilmək sadəcə sözdən ibarət olacaq. Yəni ancaq o şey haqqında danışa bilərsən. Lakin danışmaq sənət deyil.

 

Diqqətlə düşünəndə anlayırsan ki, bacarıq biliyin yanında olmalıdır. Bilmədiyin bir şeyi bacara bilərsən, lakin biri səndən bunu necə etdiyini soruşsa cavab verə bilməyəcəksən. Belə olanda insanlar səndəki bacarığın içi boş olduğunu görəcəklər. Sən vəziyyətdən çıxmaq üçün onlara "Allah vergisidir" deyəcəksən. Səbəb istəsələr açıqlama verə bilməyəcəksən. Çünki sən sadəcə bacarırsan. "Bilgi" nəzəriyyədir, "bacarıq" isə praktika. 

Universitetlərdə sizə nəzəriyyə öyrədirlər, praktikanı isə siz ya həyatda, ya da işinizdə sınamaqla qazanırsınız. 

Bacara bilmədiyiniz hər işdə 5 il sonrakı halınızı fikirləşin. Həmin sənəti necə mükəmməl öyrəndiyinizin və tətbiq edəcəyinizin xəyalını qurun. Bunun adı vizyonu görə bilməkdir. 

Bir çoxu sizin indiki uğursuzluqlarınızı görüb sizə qarşı çıxacaq, bacara bilməzsən deyib sizi həvəsdən salacaq. Vizyonu görmək, bu sizə səbir və dözüm verib, yolun sonundakı işığı tapmağınıza kömək edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2023)