İllər sonra… - ESSE Featured

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

İllər sonra..

İllər sonra mən olmayacam.

İllər sonra sən olmayacaqsan 

İllər sonra biz olmayacağıq.

Güya indi biz varıq?

Biz heç zaman biz olmamışdıq.

Biz heç zaman biz olmayacağıq.

Torpaq sümüklərimizi, həyat ruhumuzu çürüdəcək. Doya-doya yaşaya bilməyəcəyik bəlkə heç nəyi.

Doya-doya gülməmiş

Doya-doya ağlamamış

Doyunca sevdiklərimizə sarılmamış

Doyunca vaxt ayırıb əylənməmiş

Duyğularımızı bölə bilməmiş olacağıq.

Qürurumuz ruhumuzu necə qandallamışdısa biz bir ömrün 2 yarımcanı olaraq qalacağdıq.

Öyrəndiyimiz ən gözəl şey gizlətmək olmuşdur sadəcə.

İçimizdən keçən hər şeyi gizlədə bilən amma, göz-gözə gələndə 2 cahan  arasından qucaqlaşan biz olmuş olacağıq.

İllər bizi bizdən alacaq.

İllər yaralar açacaq bizdə.

İllər yaralarımızın köz bağlamasına kömək edəcək.

İllər həyatımıza yeniliklər gətirəcək.

Və yenə illər köhnələri axtarmaq üçün gec olduğunu bizə xatırladacaq.

Yenə köz bağlayan yaralarımız qanayacaq.

Bəlkə yarım qalmış olacağıq.

Bəlkə də, bütünlüyümüz elə bura qədər imiş...... 

 

İllər bizi bizdən alacaq.

İllər bizi bizə qaytaracaq.

İllər bizi xatırladacaq.

İllər iliklərimizə darıxmaq duyğusunu aşılayacaq.

İllər hicranla vüsal arasında dövr edəcək.

İllər keçəcək, anlar keçməyəcək.

Yeri gələcək, xatirələr içimizi titrədəcək.

Yeri gələcək, xatirələr qəlbimizi buz dağına çevirəcək.

Beləcə illər keçəcək, amma yaşananlar keçməyəcək.

Və illər bizi bir-birinə ən doğma olan 2 yad  edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2023)