Seyid Nigarini tanıyaq - HƏYATI Featured

Pərvanə Bayram yazır

 

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan sufizminin, teologiyasının, eləcə də 19-cu əsr ədəbiyyatımızın görkəmli nümayındəsi Seyid Mir Həmzə Nigarini “Tanıdaq” rubrikasında Pərvanə Bayramın imzası ilə oxuculara təqdim edir. 

Bu gün dahi şəxsin həyatı barədə danışılacaq.

 

Seyid Mir Həmzə Nigari, bəzi mənbələrə görə XVIII əsrin sonu, bəzilərində isə XIX əsrin əvvəllərində Qarabağda, Zəngəzur qəzasının (indiki inzibati sistemə görə Qubadlı Rayonunun) Bərgüşada bağlı Cicimli kəndində anadan olmuşdur. Tarixi qaynaqlar onun doğum tarixinin 1805, 1815, 1795 və ya 1797-ci il olduğunu göstərir. Şairin doğumu haqqındakı bu tarixlərdən ən doğru olanı bizim fikrimizcə 1805-ci ildir. Çünki şairin 1885-ci ildə vəfat etdiyi məlumdur. Əzmi Bilginin tərtib etdiyi Nigari Divanınında müəllif, şairin həyatından bəhs edən bölümdə yazır: “Hicri 1303 senesinində vefat etmeden önce şair, Elazığ-Harput valisi Hacı Hasan Paşa ile bayramlaşma esnasında valiye, ebedi aleme göçme zamanının yaklaştığını ve vefat edince cenazesinin Amasyada- oğlu Siraceddinin mezarının yanında defnedilmesini vasiyet eder. Vali bu vasiyet üzerine “Efendim Allah ömrünüzü artırsın, inşaallah daha nice seneler yaşarsınız ve vefat ettiğiniz takdirde burada- Harputta defnedilirsiniz ve size layık türbe yaptırırız, havalar çok sıcak ve Amasya şehri de buradan 10–12 günlük bir mesafede yerleşir. Mübarek naşınızın yollarda rahatsız olacağından korkarım” der. Şair, valinin kibarca cesediniz bu sıcak havalara ve at arabasıyla uzun yolculuğa dayanamayıp bozulabilir demek istediğini anlayınca “seksen senedir bu vücud Allah demiştir, ondan gayrısını görmemiştir. Sekiz gün içinde teaffun edecekse bırak etsin” – deyir.  (Bilgin, A. Azmi; Divan-ı Seyyid Nigari, Kule Yayınları. İstanbul:2003. s. XII)

Buradan da şairin vəfat ettiği zaman səksən yaşında olduğunu anlayırıq və 1885-ci ildə səksən yaşında vəfat etmiş olan şairin 1805-ci ildə anadan olduğu fikri dəqiqləşir. Bundan başqa, şairin Divanında həyatının son dönəmlərində yazdığı bəzi şeirlərində də səksən yaşlarında olması haqqında işarələr vardır. Məsələn aşağıdakı beytə baxaq:

Cüra-i cam-ı lebin var ki heftad sene

Çekmişem lik henüz var başımda eseri (Bilgin, 2003:201)

Bu beytdə şair, “dodaqlarının qədəhinin şərabını yetmiş ildir ki içmişəm, amma hələ də əsəri başımdadır” yəni yetmiş ildir ki ilahi eşqin şərabını içməkdəyəm deyir. Biz şairin yuxuda ilahi şərabı içib buta alarkən 9–10 yaşlarında olduğunu bildiyimizdən bu tarixləri toplayıb onun vəfat edərkən səksən yaşında olduğu qənaətinə gəlirik. Bundan əlavə şairin Divanında qocalıqdan bəhs edən şeirlər də çoxdur.

Qarabağın sevilib sayılan seyid ailələrindən birində dünyaya göz açan Nigarinin atası Əmir Rüknəddin Paşa və anası Xeyransa Xanım veya Qızxanımdır. Əmir Paşanın atası Seyid Rıza və ulu babaları da üləmadandır. Əmir Paşaya paşalıq rütbəsi ulu babası Rüknəddin Paşadan keçmişdir. Rüknəddin Paşaya qədim dövrlərdən dövlət tərəfindən Qarabağda böyük bir ərazi və əmirlər əmirliyi verilmişdir. (İnal İ.M.K. Son Asır Türk Şairleri. C. 3. Dergah Yayınları. İstanbul:1988, s. 1208)

Nigarinin ulu babaları Mir Heydər və Şeyx Seyid Məhəmməd Şəmsəddin Ağabalı Peyğəmbər soyundandırlar və Mədinə şəhərindən Qarabağ vilayətinə köçərək Cicimli kəndinə yerləşmiş, o zamandan bəri bu torpaqlarda yaşamağa başlamışlar. Nigarinin ulu babalarının məzarları şairin yaşadığı zamana qədər o bölgədə ocaq olaraq ziyarət edilən yerlərdən olmuşdur. (Altunbaş K. Divan-ı Seyyid Nigari. C. II, Ekim 2004, Samsun. S. 563 4 Köçərli F.B. Azərbaycan ədəbiyyatı. Elm C.II. Bakı: 1978, s. 142.)

Firudin Bəy Köçərli də Nigarinin ailəsinin Cicimlidəki məşhur seyid ocaqlarından birinə mənsub olduğunu və bu ocağın bir çox xəstəliklərə və hətta qotur heyvanların dərdinə də şəfa olduğunu bildirmişdir. İbnül Əmin Mahmud Kamal İnala göre, Mir Həmzənin atası Seyid Əmir Rüknəddin Paşa, Dağıstandakı axundlardan biriylə mübahisə edir və qalib gəlir. Bunu həzm edə bilməyən axund, ətrafındakı qızılbaş bəylərini və bəzi insanları təhrik edərək əmir Rüknəddin Paşanı şəhid etdirir. Bu zaman Mir Həmzə doqquz aylıq bir körpədir. Atası öləndən sonra Mir Həmzənin qohumları kiçik yaşlarından etibarən onun təlim və tərbiyəsinə xüsusi diqqət göstərərək, ona dini elmlərlə bərabər Ərəb və Fars dilini də öğrətmişlər. Bəzi mənbələrdə Nigarinin 15 yaşına qədər sistemli bir təhsil almadığı, 15 yaşından sonra Qaraqaş kəndinə gedərək orada Mahmud Əfəndidən və daha sonra da Şəkinin Dəhnə kəndində Şikəst Abdulla Əfəndidən dərs alması haqda məlumatlar vardır. Şairin Divanındakı şeirlərdə bu kənddən çox bəhs edilir. Ümumiyyətlə, bu kəndin Nigarinin həyat və yaradıcılığında xüsusi bir yeri və əhəmiyyəti olmuşdur. Şairin Divanında Qaraqaşlı Əhməd Əfəndiyə yazmış olduğu bir məktubu da vardır.

Mir Həmzə Qaraqaşda təhsil alandan sonra o zaman Kürdəmirə yeni qayıtmış olan Mövlana Xalid Bağdadinin birinci xəlifəsi İsmail Siracəddin Şirvani (öl. 1883) ilə tanış olaraq Şirvanda onun yanında təhsilini davam etdirmişdir. Ruslar bu məşhur şeyxin fəaliyyətindən qorxub çəkindikləri üçün onu Sibirə sürgün edirlər. İsmail Siracəddin Şirvani Sibirdən qaçır və bir müddət Anadolunun Sivas şəhərində yaşayandan sonra Amasyaya köçür.

Nigari, Mövlana Xalid Bağdadinin şöhrətini eşidərək onu görmək üçün Osmanlı dövlətinin- indiki Türkiyə cumhuriyyətinin Xarput şəhərinə gedir, onun öldüyünü öyrənərək Sivasa, oradan da Amasya şəhərinə keçir. Azərbaycanda olduğu vaxt tanıdığı Mövlana Xalidin xəlifəsi Şeyx İsmail Siracəddin Şirvaniyə mürid olur. 1839-cu ildə bir qədər Amasyada dini və dünyəvi elmləri öyrəndikdən və təsəvvüf tərbiyəsinə uyğun olaraq müəyyən müddət xəlvətdə qalandan sonra mürşidinin izni ilə Konyaya gedir və Mövlana Cəlaləddin Ruminin türbəsində ərbəin (çillə) çıxardır.

Şairin Divanında Mövlanadan və Mövləvilik təriqətindən sevgiylə bəhs etməsinin səbəbi Mövlanaya olan dərin sevgi və ehtiramın təzahürdür. Şair, oradan Məkkə və Mədinəyə gedərək orada da bir ərbəin çıxarır. Şam və Qüdsü ziyarət edəndən sonra Amasyaya geri dönən Nigari, bir il də mürşidinə xidmət etdikdən sonra xəlifəlik alır. 1840–41-ci illərdə şair anasını görmək və vətənində də mərifət və təriqət elmini yaymakq üçün Azərbaycana qayıdır. Bir müddət Cicimlidə qalan şair burada Əminə Xanım adlı bir qızla evlənir və oğlu Siracəddin də burada dünyaya gəlir.

Şairin oğlu Siracinin anadan olduğu yer və il haqqında da iki fərqli fikirlə rastlaşırıq. Əzmi Bilginin hazırladığı Nigari Divanında şairin oğlunun 1840–41-ci illərdən sonra və Azərbaycanda anadan olması qeyd edilir. Qurtuluş Altunbaş tərəfindən tərtib olunan Nigari Divanında isə Siracinin 1865-ci ildə Amasyada dünyaya gəldiyi göstərilir. Bizə görə doğru olan birinci faktdır. Çünki Qurtuluş Altunbaşın çap etdirdiyi Divanın 615-ci səhifəsində Siracinin “doksan iki yılında iyirmi iki yaşında ikən cənnətə gitdi” ifadəsinə rast gəlirik. Mənbələrdə şairin oğlu Siracinin babası sağ ikən vəfat etdiyi yazılmışdır. Bu tarixi əsas alarsaq, Siracinin 1875–76-ci ildə vəfat etdiyi ortaya çıxır ki, bu da doğru deyildir. Çünki şairin Divanında oğlunun vəfatı haqqında yazılmış şeirlər vardır ve Siraci vefat ettiğinde 22 yaşının üstündedir.

Vətəni Qarabağda və daha çox Qazax mahalının Xanlıqlar kəndində yaşayan şair, Çar Rusiyasının, bu irşad fəaliyyətindən narahat olaraq onu sürgünə göndərmək istəyini öyrənir və yenidən Anadoluya qayıdır. Şairin minlərlə müridi də arxasınca Anadoluya gedir.

Nigari, 1853-cü ildə baş verən Krım muharibəsində bir çox mücahidiylə bərabər Qarsa keçərək Qafqaz süvari alayının komandiri olur və Osmanlı ordusunda Ruslara qarşı döyüşür. Şair, 1851-ci ildən 1867–ci ilə qədər müxtəlif zamanlarda Ərzurumda və İstanbulda yaşayır, söhbətləriylə bir çox insanı irşad edərək qısa zamanda məşhur olur. Seyid Nigari, Krım müharibəsindən sonra dövlət tərəfindən 500 quruş maaşla Ərzurumda Bakırlar məhəlləsindəki camedə üç il dərs demiş və insanların hafizələrində dərin iz bıraxmışdır. Şairi dinləyən insanlar ondan eşitdiklərini öz uşaqlarına, onlar da sonrakı nəslə eyni təzəlik və canlılıqla danışaraq Nigari sevgisini yaşatmışlar. Nigarinin misraları və qəzəlləri onların dilində hələ də əzbərdən oxunmaqdadır.

Şair, Qarabağa gedərək xanımı Əminə və oğlu Siracəddini də Ərzuruma gətirir və bir müddət sonra ailəsiylə birlikdə Amasyaya köçür.

Amasyaya köçəndən sonra Qarabağdakı ərazilərinə qarşılıq olaraq şairə Amasyada ərazilər verilir. Mənbələrə görə Nigari, 1859–1862-ci illər arasında da İstanbulda yaşamış, bəzi dövlət başçıları, hətta dövrün padşahıyla da görüşmüşdür. (Türk Dili ve Edebiyatı Ansiklopedisi, Dergah Yayınları. C. 7, İstanbul:1990, s 58.)

Bu zaman hakimiyyətdə 1839–1861-ci illərdə Sultan Əbdülməcid, 1861–1876-cı illərdə isə Sultan Əbdüləziz padşahlıq edirdi. Helelik Nigarinin hansı padşahla görüşdüyünü tam aydınlaşdıra bilmədik. Şair, şeirlərindən birində padşahın lütfünə məzhər olduğunu belə ifadə edir:

Der-niyaz-ender-niyazam dem-be-dem kim subh u şam

Der-nazar-gaham Nigari padişa manzuruyam (Bilgin, 2003:146)

Bu dövrdəki dövlət böyüklərindən Mustafa Rəşid Paşa da İstanbulda qaldığı vaxt Nigariyə İstanbulun Fateh səmtindəki məşhur Əmir Buxari dərgahının şeyxliyini təklif etmiş, amma şair bunu qəbul etməyərək xəlifələrindən Taşabadizadə Mustafa Səbri Əfəndinin həmin vəzifəyə keçərək şeyx olmasına kömək etmişdir. Şairin şeirlərindən birində bu haqda belə deyilir: 

Sabr kıl zira beşir-i hoş-haber güm-geştedən

Hoş haber söyler sana ey pir-i Kenan çekme gam

Can yakup ey bülbül-i şeyda ciger kan itme kim Beyle geçmez kim geçer ahir zemistan çekme gam

Mustafa Reşid Haydar feda eyler meded eyler

Padişah-ı Kerbela Şah-ı Horasan çekme gam (Bilgin,2003:156)

Nigari, 1867-ci ildən sonra ailəsiylə bərabər Amasyanın Mərzifon rayonuna gəlmiş və 1884-ci ilə qədər burada mürşidlik etmişdir.

1865–1866-cı illər arasında şairin yeganə oğlu olan Siraci gənc yaşında vəfat edir və bu hadisədən çox sarsılan şair üzüntülərini şeirlərində də ifadə edir. Şeirlərindən birində şair özünü övlad dağı görmüş Yaqub Peyğəmbərə oxşadaraq deyir: “Könül Yaqubunun hüzndən viran olmuş bir evi vardır. Mövla bizə ciyər yandıran bir dağ ehsan eylədi. Bəlli ki könül əhlinə yenə də bir kərəmi var”. Burada şair Allahın sevdiyi bəndələrini dərdlə, kədərlə imtahana çəkdiyini və onlara bu şəkildə lütf göstərildiyini ifadə edir. Şeirin sonunda dözə bilməyən şair “eyvah necə səbr edib də ağlamayım bağrımda güzəllik Yusifinin vərəmi var”-deyir.

Firkat-zede olmuş yine çerhin siteminden Yakub-ı dilin hüzn ile viran haremi var 

Bir dağ-ı ciger eyledi Mevla bize ihsan Hakkın yine erbab-ı dilana keremi var 

Eyvah ne sabr eyleyem ah eylemeyem kim Bağrımdaki bir Yusuf-ı hüsnün veremi var Büt-hane-i mihnetdə gezer hali perişan Bi-çare dilin firkat-i ziba sanemi var

Bir dem güzer it Mir Nigariye nazar kıl

Teftiş eyle ey nur-i gözüm gör ne gamı var (Bilgin, 2003: 50)

Şair oğlu Siracini Yusif Peyğəmbərə oxşadır. Şairin vərəm xəstəliyindən bəhsetməsi bəlkə də təsadüfi deyildir. Gənc yaşında dünyasını dəyişən oğlu Siraci bəlkə də vərəm xəstəliyindən vəfat etmişdir.

Mənbələrdə Siracinin də atası kimi şair olduğundan bəhs edilir. Öz görünüşü, xarakteri və biliyi, gözəl nitq qabiliyyəti ilə görənləri heyran etdiyi söylənilir. Ömür vefa etməmiş və bu şair 22 yaşındaykən vəfat etmişdir7. Qurtuluş Altunbaşın nəşr etdiyi Nigari Divanında Siracinin vəfat tarixi

1875–76-cı il olaraq göstərilmişdir. Bizcə bu tarix doğru deyildir, çünki Siraci atası Nigaridən əvvəl ve 22 yaşlarındaykən vəfat etmişdir. 1875–76-cı illərde Siraci 35 yaşlarının üstündedir.

1884-cü ildə dövlət tərəfindən şairin Amasyadan Xarputa köçərək orada yerləşməsi haqqında fərman verilir. Bunun müxtəlif səbəbləri vardır. Bu səbəblərdən biri də sufi şair olan Nigarinin müxtəlif görüş və təsəvvüfi yorumlarının yaşadığı mühit tərəfindən rəğbətlə qarşılanaraq şairin şöhrət və nüfuzunun yayılmasından narahat olanların ona iftira ataraq dövlət və millət əleyhinə üsyan qaldıracağı barədə şaiyə yaymalarıdır. Mənbələrdə göstərilən başqa bir səbəb isə Amasya müftüsü Hacı İsa Əfəndinin müftülükdən istefa verərək Nigariyə mürid olması, daha sonra isə ehtimal ki, aralarındakı düşüncə müxtəlifliyi səbəbiylə münasibətlərinin pozulmasıdır. Bu hadisədən sonra bəzi şəxslərin “Nigarinin başında cəmiyyət-i kübra vardır, o dövlətə qarşı üsyan çıkaracaqdır” sözlərinə əsasən dönemin padişahı tərəfindən şairə o zamanın puluyla 1500 quruş maaş təyin olunaraq onun Amasyadan köçməsi haqqında fərman verilir. Bəzi qaynaqlara görə isə Amasya müftüsü Hacı İsa Əfəndi, vəzifəsindən istefa verərək Nigarinin müridi olandan sonra Seyid Nigarinin onun yerinə bu vəzifəyə təyin ediləcəyini öyrənmiş, amma Nigarinin onun istefa etdiği vəzifəyə keçməsini istəmədiyi üçün dövlət dairələrinə şair haqqında yuxarıda bəhs olunan məzmunda bir şikayət məktubu yazmışdır9. Bu yönde çeşidli ixtilaflı görüşlər vardır ve səbəb nə olursa olsun nəticə budur ki Nigari Amasyadan sürgün edilmiş və öz istəyi ilə Xarput şəhərinə köçmüşdür.

Şair, 1885-ci il fevral ayının 28-də ailəsiylə birlikdə Samsun şəhərinə gedir. Samsunda Ərzurumda olduğu vaxt tanıdığı Ərzurumlu İzzət Əfəndidən gələn bir telqramla İstanbula dəvət olunur və bir müddət İstanbulda onun evində qalır.

Bu sürgün hadisəsi haqqında şairin Divanında bir qəzəl də vardır ki bəzi beytlərini burada veririk.

Vaiz-ı kürsi-nişin vakıf-ı esrar degül

Çünki ol mushaf-ı ruhsare nazar-dar degül

Bi-haberdir lebin esrar-ı makalatından

Hace-i medrese ki talib-i esrar degül

Hakim-i şehre ne fetvadı virür kanımıza

Ol ki esrar-ı enel-Hakka haberdar degül (Bilgin,2003:136)

Şeirdə “Kürsüdə oturan vaiz sirlərdən, ilahi həqiqətlərdən bixəbərdir. Çünkü o sevgilinin müshəfə bənzəyən üzünə baxmır. Mədrəsə hocası da sirlərə talib olmadığı üçün sənin dodaqlarının sirrindən xəbərsizdir. Şəhərin Ənəlhəq sirrini bilməyən məşhur hakiminə bax ki qanımız içün fitva verir”- deyilir.

Seyid Nigari İstanbulda olduğu zaman dövlət böyüklərindən Kazım Paşa da işə qarışaraq Nigarini sürgündən qurtarmaq üçün çalışımış ancaq bir nəticə hasil olmamış və şair 20 may 1885-ci ildə həyat yoldaşı Lətifə Xanım, qaynı Hüsaməddin, qaynı oğlu Seyid Sadəddin, xəlifələrindən Postlu Mahmud Əfəndi və başqa yaxın adamlarıyla birlikdə Xarputa köçərək orada yaşamalı olmuşdur. 

Və oktyabr 1885-ci ildə Xarputda vəfat edən şairin cənazəsi öz vəsiyyətiylə Amasyaya gətirilərək Bəyazıd Paşa məhəlləsində dəfn edilmişdir. Nigarinin müridlərinin və əmisi oğlu Mir Həsən Əfəndinin yardımlarıyla onun üçün türbə, yanında da came tikilmişdir. Bu came və türbə bu gün də qalmaqdadır. Əbdizadə Hüseyin Hüsaməddin “Amasya tarixi” adlı kitabında bu məscid və türbə haqqında yazır:

“Bayezid Paşa camiinin kıble tarafında, Kirazlı Dereye giden yolun civarında ümeradan Gazi Beyin (1531) de bir mescid-i şerifi ve onun önünde bir çeşme ile bitişiğinde bir mektep yaptırarak emlakini vakıf eylediği kayıtlıdır. Bu Gazi Beyin çeşmesinin batısında, dere kenarında büyük bir daire içinde, Karabağlı Eş- şeyh el-Hac Hemze Nigari Efendi Hazretlerinin namına inşa edilmiş bir cami-i şerif ve onun bitişiğinde adı geçen zata mahsus bir türbe-i aliye ile batı tarafında ahşaptan bir medrese, önünde şadırvan ve kuzeyinde bir dershanesi olan hususi dairesi vardır.

Həmin mənbədə başqa bir yerdə isə

“Hacı Hamza Efendi Türbesi- Bayezid Paşa mahallesindeki Hacı Hamza Efendi cami-i şeirifinin doğusundadır ve camiye bitişiktir. Büyük bir kubbesi olan genişçe bir odadır. Cami-i şeirif ile türbe arasınd a bir demir parmaklık vardır. Türbenin içinde Nakşibendiye tarikatının ileri gelen şeyhlerinden Karabağlı el-Hac Hamza Nigari Efendi hazretleri, onun yanında oğlu Siraceddin İsmail Efendi ve Hamza Nigari Efendinin halifelerinden amcazadesi Mir Hasan Efendi medfundur yazmaqdadır.

Şairin cənazəsi Xarputdan Amasyaya gətirilərkən havanın isti olması və yolun uzunluğuna baxmayaraq nəşinə heç bir şey olmaması hamını heyrətləndirmiş və onun övliya olduğu haqqında müxtəlif rəvayətlər də söylənmişdir. Bu barədə yuxarıda Nigarinin anadan olduğu il haqqında məlumat verilərkən bəhs etmişdik. Şair, “isti havada bu qədər uzun bir yola sizin cəsədiniz dayanamaz, bozulur” deyən valiyə “bu vücud səksən sənə Allah demiş ondan qayrısını görməmişdir. Bırak səkiz gündə teaffun edəcəksə etsin” demişdi. Doğrudan da şairin cənazəsi isti havada at arabasıyla 7–8 günlük bir yoldan sonra Amasyaya gətirilərək bir heyət tərəfindən şəriət qanunlarına uyğun olaraq açılıb yoxlanıldılğında cəsədə heç bir şey olmadığı, hətta açılan zaman ətrafa gözəl ətirlərin yayıldığı da orada olanlar tərəfindən söylənilir.

Şairin Nigari təxəllüsünü alması haqqında da təzadlı fikirlər mövcuddur. Yazılanlara görə bunlardan biri Mir Həmzəninin doqquz yaşında olanda yuxusunda Qarabağ xanədanından Nigar Xanım adlı gözəl və möhtərəm bir qadını görüb ona aşiq olmasıdır. On il sonra təhsil üçün Şirvana gedərkən Mir Həmzə, Nigarxana adlı bir müsafirxanada gecələyir və orada Nigar Xanımla qarşılaşır. Nigar Xanımın ona “Gördüyün yuxu yadındadır? -deyə soruşmağıyla ikisi də cəzbəyə tutulur. Bu hadisədən sonra Mir Həmzə mənən kamilləşir və Nigari təxəllüsünü alır. Şair bu haqda şeirlərindən birində belə deyir:

Ol vakt ki ayıldım açdım gözümü gördüm

Gönlüm teline bağlu çeşmim kaşına peyvend (Bilgin,2003: 46)

Şairin Nigari təxəllüsünü almağı haqqında digər bir məlumat isə belədir: Mir Həmzə 15 yaşından sonra Qaraqaşlı Əhməd Əfəndidən dərs almaq üçün Qaraqaşa gedərkən orada Nigar Xanım adlı möhtərəm bir qadın onun bütün maddi ehtiyaclarını ödəmiş, o da bu qadına olan vəfa borcunu ödəmək üçün Nigari təxəllüsünü seçmişdir. Qənaətimizə görə hər iki fərziyyədə həqiqətlə səsləşən məqamlar var. Şairin şeirlərində Şəh-Nigar, Qaraqaş adları və “mənə ilham verən Şəh Nigardır” kimi ifadələr çox işlədilir. Hətta, şair sevgilisindən bəhs edərkən onun adının Nigar olduğunu şeirlərindən birində belə ifadə edir:

Bir hayal eyle gönül farkı benimle aya

Ya-ı nisbiyyeden özge nedir adaşımda (Bilgin, 2003: 46)

Bir cəhətə də diqqət etməliyik ki Nigari ilahi eşqə düşənə qədər heç şeir yazmayıb və şairliyi bu yuxudan sonra başlanmışdır. Buna görə bu fərziyyəni də gözdən qaçırmamalıyıq. 

Divanda Nigar, Zər Nigar, Şah Nigar, pəri kəlmələrinə çox rast gəlirik ki, bunlardan bəziləri ümumiyyətlə sevgiliyə, bəziləri isə ona ilham verən bu xanıma aiddir. Aşağıda verəcəyimiz bir şeir bu məsələyə bir aydınlıq

gətirir.

Abad olsun o yer zira ki handan oldığım yerdir Heves-nak-ı mey-i gülgun-ı canan oldığım yerdir Abad olsun Karabağ içre ol yer çünki cananın Habibane Karakaşına kurban oldığım yerdir

Abad olsun ki bende var hakı gah u bi-gahi

Nigar-ı nazenine mest-i mihman oldığım yerdir Abad olsun dem-a-dem görmesün berbadlık bir dem Ki mest-abad-ı çeşm-i yare hayran oldığım yerdir Abad olsun ki ruy-ı dil-rübada şems-i mutlakdan Görüp nurun ala nurin müselman oldığım yerdir Abad olsun gözüm zira ki bir dest-i dil-aradan Çeküp bade-i vahdet kamil oldığım yerdir

Abad olsun görem ey tab kim ol şah-ı hubanın

Hayalatıla suzane gazel-han oldığım yerdir

Abad olsun ki ey Mir Nigari çeşm-i dilberdən

Alup ders-i cünunı ehl-i irfan oldığım yerdir (Bilgin, 2003: 56)

Seyid Nigarinin yuxarıda verdiyimiz bu şeirini fərqli şəkildə açıqlayanlar da vardır. “Deyilənlərə görə, Mir Həmzə Qarabağdakı alimlərdən təhsil alandan sonra yuxusunda ulu babalarından olan Hz. Əli ona Şirvana gedib oradakı Kürdəmir adlı diyarda Mövlana Xalid-i Bağdadinin birinci xəlifəsi İsmail Siracəddin Şirvaniyə mürid olması və onun bütün istədiklərini yerinə yetirməsi haqqında təlimat vermişdir.

Nigarinin təxəllüsüylə əlaqədar bir cəhətə də diqqət etmək lazımdır: yuxuda iki tərəfin- qızın və oğlanın bir-birini görərək aşiq olmaları- yəni buta verilməsi XVII əsrdən etibarən Azərbaycan xalq ədəbiyyatında məşhurlaşan məhəbbət dastanlarının əsas motivlərindəndir.

Nigari Divanında da həm əruz vəzniylə klassik tərzdə qəzəl, qəsidə, qitə və başqa klassik janrlar,

həm də heca vəzniylə yazılmış şeirlər yer alır. Bu da XVI əsrdə Şah İsmail Xətai Divanında təməli qoyulan heca və əruz vəzniylə şeirlərin bir arada yer alması ənənəsinin davamıdır ki xalq şeiri ilə divan şeirinin müştərək xüsusiyyətlərini ortaya çıxardır.

 

Qeyd: Sabah “Seyid Nigarinin əsərləri” yazısı sizlərə təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2023)