TƏƏCCÜBLƏNDİRƏN MƏKTƏBLİ - “Rahat yatdığımız üçün əbədi yatanlara borcluyuq…” Featured

Cəlilabad rayonu Göytəpə şəhərinin Vasif Hüseynov adına 2 nömrəli tam orta məktəbin 9a sinif şagirdi Əliyeva Səmanın essesi bəlkə də doqquzuncular arasında ən yaxşı Qarabağ barədə essedir. 

“Ədəbiyyat və incəsənət” portalı həmin esseni diqqətinizə çatdırır. 

 

 

Dağlıq Qarabağ Azərbaycanın doğma və ayrılmaz parçasıdır.  1991-1994 cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi üstündə Ermənistanla Azərbaycan arasında genişmiqyaslı döyüşlər başlamışdır. Ermənilər Qarabağın dağlıq hissəsində 1923 - cü ildə sovetin rəhbərliyi ilə yaradılmış qurumu hər zaman  Azərbaycandan  ayırmağa, qoparmağa can atmışlar. 1980 - ci ilin sonuna yaxın onlara mühüm olan şəraitdən istifadə edərək Dağlıq Qarabağın və digər Azərbaycan rayonlarının itirilməsi ilə sonlandı. Ermənilər ilk öncə sovet və sonra Rusiya hərbi qüvvələrinin dəstəyindən yararlanaraq Dağlıq Qarabağdakı iyrənc, fitnəkar əməllərinə yol açdılar. Azərbaycan milləti artıq öz torpaqlarından qovulurdu. Beləliklə 1991-ci ilin sentyabr ayında ermənilər tərəfindən qanuni olmayan Dağlıq Qarabağ respublikasının yaradıldığı ortaya çıxarıldı. Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafında olan 7 inzibati rayonu işğal altına alındı. İşğal olunmuş bölgələrdə neçə-neçə şagirdin oxuduğu təhsil ocaqları, xəstəxanalar, poliklinikalar məhv olundu. Bunlarla yanaşı Azərbaycanın bir neçə mədəni irs nümunəsinə də ziyan dəydi. Xeyli əsərlərin qorunub saxlanıldığı muzeylər, kitabxanalar, incəsənət məktəbləri ermənilər tərəfindən ələ keçirildi və məhv edildi. Azərbaycana miqyassız maddi-mənəvi zərər dəydi. 

Günahsız olan dinc sakinlər, xəbərsiz olan balaca körpələr düşmən tərəfindən amansızcasına qətlə yetirildi. Azərbaycan vətəndaşı, qocası, qadını, günahsız körpələri erməni girovluğuna götürüldü. 

 

26 fevral 1992-ci il. Qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğlu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyidləri arasında çaş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədilik yummuş ananın buz kimi soyuq döşlərini əmməsini göz önünə gətirək. Həmin gecə Xocalı sakinlərinin üzləşməyə məcbur qaldıqları münasibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Qələm acizdir bu vəhşilikləri təsvir etməkdə. Şəhərin neçə-neçə sakininin həyatına son qoyuldu bir gecənin içində. Yüzlərcə soydaşımız bu və ya digər dərəcədə bədən xəsarəti aldı. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibəti ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Dinc insanların üstünə hücum çəkdilər və əslində soyqırım törədərək bir şəhəri yer üzündən tamamilə sildilər. 

Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalır. Burada arzuları gözündə qalan balasını başı üstünə qaldılar ananın fəryadı təsvir olunub. Bu Vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir bariz nümunəsidir. Hətta xalqımıza qarşı törədilən Xocalı vəhşətini türkiyəli aktyor  Nejat İşler belə təsvir etmişdi: 

 

“Herkes uyuyor. Birazdan elektrikler kesilecek ve dünyayla iletişiminiz kalmayacak. Mahallenizin etrafı tanklar ve askerlerle çevrildikten sonra kapılarınız tekmelerle kırılacak. Eğer sizin kapınız kırılmadıysa, silah sesleri duyucaksınız. Eşinizin ve çocuğunuzun korku dolu bakışları sizin üzerinizdeyken cesaretinizi toplayıp onları korumaya çalışacaksınız fakat o esnada sizinde kapınız kırılacak. Size kurşun sıkıp ruhunuzu teslim etmenizi bile beklemeden eşinize silahın kabzasıyla vuracaklar, eğer direnirse tekmeyle devam edecekler. Siz ruhunuzu teslim edene kadar çocuğunuzu bıçakla doğramaya başlayacaklar. Umarım eşiniz hamile değildi, fakat eşi hamile olanlarda var elbet. Hamilelerin karınlarını bıçakla yarıp bebeği çıkaracak, evinizin tahta direklerine çivileyecekler. Evde küçük çocuk varsa da, çocuğun gözü önünde annesinin göğsünü kesip çocuğun ağzına verecekler. Sonra çocuğu da öldürecekler…”

 

Bu hadisələr qarşısında dünya birliyi hələ də səssiz qalmış, bir xalqa qarşı törədilən genosidi görməzdən gəlmişdi. Lakin ilahi ədalətin geci-tezi olur. 

Polad Həşimov hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generaldır. Polad Həşimovun nəşi doğulduğu rayonun Vəndam qəsəbəsinə gətirilir. Azərbaycan xalqı daha bir sarsıdıcı xəbər almış oldu. Xalqımızdan daha bir can qopdu. Daha sonra Polad Həşimov dövlət himninin sədaları altında son mənzilə yola salındı. Davamlı olaraq Azərbaycan xalqı səhərini igid oğulların, generalların şəhid xəbəri ilə açırdı. Neçə evlərin oğulları qanı və canı bahasına torpaq üçün savaşırdılar. Anaların fəryadı eşidildi, yarların gözləri yolda qaldı, körpələr ata intizarında oldular. 

İkinci Qarabağ müharibəsi 27 sentyabr 2020-ci il səhər saatlarında başladı. Beləcə, şəhid xəbərləri eşidilirdi. Müxtəlif bölgələrə şəhid gəlirdi, Azərbaycan milləti səssizliyə qərq olmuşdu. Beləliklə Azərbaycan səfərbərlik elan etdi. Qardaş ölkə olan Türkiyə Azərbaycana  dəstək verdi. Müharibə sensorların, ağır artilleriyanın, pilotsuz təyyarələrin istifadəsi ilə yaddaşlara vuruldu. 

Azərbaycan Silahlı qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. 30 il işğal altında olan torpaqlarımız artıq azaddır! Azərbaycan xalqının 30 il çəkən Qarabağ həsrətinə 8 noyabr 2020-ci il tarixində son qoyulmuşdur. Azərbaycan xalqı bu günü gözləyirdi və inanırdı ki, bu gün gələcək. 30 il ərzində öz doğma ev-eşiyindən ayrı düşüb, məcburi köçkün həyatı yaşamağa məcbur qalmışdı insanlarımız. Ermənistan 30 il müddətində işğal altında saxlamış Azərbaycan torpaqlarını darmadağın vəziyyətə salmışdı. İçimizdə olan bu acıya həsrətə 44 gün son qoydu. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü ortaya çıxararaq ölkəmizin, xalqımızın qələbəsi ilə başa çatdı. Zəfər çaldığımız gündə həqiqətən

də uşaqdan böyüyə hər kəs sevinc içində idi. Azərbaycan xalqının sevincinin həddi-hüdudu yox idi. Bu sevinci, bu qələbəni bizlərə bəxş edən Şəhidlərimizə, Qazilərimizə borcluyuq. 

Bizlər də şəhidlərimizin ruhunu şad etmək üçün daima Vətən üçün Azərbaycanımız üçün çalışmalıyıq. Xalqımızın "Dəmir yumruq" da birləşərək düşmənə zərbə endirməsi yaddaşlarda qalacaqdır. Ali Baş Komandanımızın dediyi kimi biz bir "Dəmir yumruq" olub əzdik düşmənin başını. Vətənimizin uğrunda şəhid olanları əsla unutmayacağıq, onlar özlərindən sonra gələn nəsil üçün unudulmaz dastan yazdılar. Bu gün Azərbaycan xalqı rahat gözünü yumursa, gözlərini dünyaya əbədilik yumanlara borcludur. Biz bu gün qalib dövlət kimi tanınırıq. Bunun üçün qarşınızda baş əyirik, xalqımızı yaşatmaq üçün öz canını qurban verən igidlərimiz, qəhramanlarımız!

Artıq azadlıqla deyə bilərik Qarabağ Azərbaycandır! Əziz Qarabaq, sən tam Azadsan! Qarabağ biz qayıtmışıq!

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2023)