Narsizm psixoloji haldır, yoxsa xəstəlik? Featured

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Aparılan araşdırmalar göstərir ki, tibbi psixologiyada ən geniş yayılmış xəstəlik növlərindən biri də şəxsi özünəvurğunluğu əks etdirən narsizmdir. Gəlin öncəliklə narsizmin nə olduğunu öyrənək.

 

Bir çox insanda müşahidə olunan bu şəxsiyyət pozuntusu əsasən keçmişdən qalan travmalara əsaslanır. Belə ki, uşaq vaxtından ailə daxilində təzyiqlərə məruz qalan, ailə içində sevgi görə bilməyən, əksinə, qüruru qırılaraq yetişdirilən fərdlər illər keçdikcə özlərindəki bu sevgi boşluğunu daxili mənəviyyatsızlığa buraxır və çox zaman özünü hər kəsdən üstün görməyə başlayır və ya reallığı qəbul etdiyi halda yenə özgüvənini eqosuna dəyişir. Bu sahədə əsaslı araşdırmalar edən britaniyalı terapevt  Tennyson Lee deyir ki,  bu xəstəlik müəyyən həddən sonra şəxsin ətrafındakı insanlara da, zərər vura bilir. Belə ki, dərin mənəvi boşluq yaşayan şəxs öncə özünü ideal görür, daha sonra tənqidlərə qapanır, bir müddət sonra isə artıq hər şeyi gözdən çıxarmış bu şəxsiyyət tipimiz öz mənfəətləri uğruna ətrafındakı insanları istifadə etməyə başlayır. Diqqətli müşahidə etsək, görərik ki,  narsist partneri olan insanlar bir zaman sonra özgüvənsiz, qarşısındakını özündən çox düşünməyə məcbur hiss edən insanlara çevrilirlər. İşin qəribə tərəfi bundadır ki, terapevt  Lee qeyd edir ki, çətin məsələ narsist bir insanı sağaltmaqdan çox onu xəstə olduğuna inandırmaqdır. Və o əlavə edir ki, məhz belə insanlar yox, onların xəstə etdikləri insanlar psixoloji dəstək klinikalarına daha çox gəlirlər.

Əsasən depresiya ilə qarışdırılan bu xəstəliyin dövrümüzdə daha çox yer alması bəllidir. Və xüsusən elə gənc nəslin artan narsizm meylləri bir çox qaynaqlara əsasən keçmiş dövrlərə nisbətdə kəskin artışa keçməsi araşdırmalarda öz əksini tapmış olur. BBC müxbiri Jolyon Jenkins bunun səbəblərini araşdırıb. O, belə qənaətə gəlib ki, son dövrdə narsizmin artmasına əsas səbəb  ailədaxili münasibətlərin zəifləməsi,  gənc nəslin uşaq yaşlarından telefona olan bağlılığı, bu barədə artan bloq yazılarının yalnış formatda təbliğatı və uşaqlarda formalaşan özünəqapanıqlıqdır.

Ümumilikdə hər şey ailədən başlamasa da, ailə hər şeyin başlanğıcıdır. Həyat davam edərkən onlara necə hiss etdiklərini  ifadə edə biləcəkləri zaman verin, əks halda ömrünüzün qalan hissəsini onların niyə belə etdiklərini soruşaraq və anlamayaraq  keçirməyə məcbur yaşamalı olacaqsınız, əziz valideynlər.

 

“Ədəbiyyat və incəsənət”

(12.10.2023)