Yaşayan qəhrəmanımız Featured

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

44 günlük Müharibə vaxtı tanış olduğum bu əsgərimizin adı Məhəmməddir - Məhəmməd İsayev. 

Hələ müharibə başlamazdan öncə - 2020-nin mart ayında Qazax sərhəd dəstəsində mənfur ermənilər onun əsgər yoldaşını öldürür. Qisas almaq üçün bir gecənin içində erməni tərəfə gizlincə keçərək iki erməni əsgərini öldürür, ikisini də yaralayır. Bütün bunları bir gecədə, sadəcə 2-3 saatın içində edir.

Yaşamağı həqiqətən də möcüzədir və o, yaşayan qəhrəmanımızdır. 

İlk dəfə onunla eyni masa ətrafında oturarkən gözlərinə baxdım. Mənimlə göz-gözə gəldikdə gözlərimi qaçırtdım, təkrar ona baxdıqda gözümün içinə baxırdı. Özümü itirsəm də bəlli etməməyə çalışdığım üçün sual vermək istədikdə o da eyni sualı verdi:

- "Sən haralısan?" 

Və eyni anda eyni sözü dediyimiz üçün gülüşdük.

Cavabı öncə o verdi:

- Lerikdənəm!

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2023)