Uşaqları xoxanla, həkimlə, polislə qorxutmağın fəsadları Featured

 

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Qorxu - təhlükəli amillərin təsirinə cavab olaraq yaranan, özünüqoruma instinktinə əsaslanan bir hissdir.

Uşaq yaşlarımızdan bizim həmişə qorxduğumuz şeylər, daha doğrusu bizə qorxutmağa çalışılan məfhumlar "Xoxan", "Həkim və iynəsi", " Polis" ,"Filankəs", "İt" və s. dir.

Sadalananlar nə qədər sadə və primitiv görünsə də, uşaq yaşlarından kiçik psixoloji travmalara səbəb ola bilir. Belə ki, xoxanla qaranlıq qorxusunu, həkimlə gələcəkdə həkimə, polislə isə gələcəkdə polisə qarşı psixoloji aqressiya və ya çəkingənlik formalaşdıra bilər. Artıq belə bir stereotip psixologiya formalaşıb ki, əgər uşaq sözə baxmırsa, onu bu metodla, qorxuyla idarə etmək olar. 

Müasir dövrdə nə qədər uşaq psixologiyasına dair effektiv məlumatlar, ünsiyyət, davranış texnikaları olsa belə, yenə də bir çox gənc ailələr  uşaqları məhz qeyd edilən qorxularla idarə edirlər...

Bütün bunlara səbəb isə ailələrin, onun fərdlərinin yetəri qədər bilgili olmaması, ailənin nə demək olduğunu, onun məsuliyyətini dərk etmədən kor-koranə qurulmasından qaynaqlanmadır...

Ən əsası isə erkən nigahlardır.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)