Şəhidlərimizi tanıdaq - Rayət Abdullayev

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. (ƏLİ İMRAN SURƏSİ 169)

                          

 

Abdullayev Rayət İslam oğlu 1971-ci il mayın 18-də Ucar rayon, Şahlıq kəndində anadan olmuşdur. Müharibə zamanı öz vətənpərvərliyi, igidliyi ilə seçilmiş, haqq yolunda cəsarətlə mübarizə aparmışdır. 

1993-cü ilin 22 iyul  tarixində Ağdam rayonunda gedən dəhşətli döyüşlərdə ləyaqətlə vuruşmuş, güllə yarasından şəhidlik zirvəsinə ucalmışdır.

                      

Qəhrəmanlar doğuran mərd analar vətəni,

Azərbaycan torpağı, Azərbaycan diyarı.

Əbədi qazanıbdır bu xalqın rəğbətini,

Azərbaycan unutmaz Rayət tək oğulları!

 

Allah şəhidlərimizə rəhmət eləsin Amin!

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2023)