Tahir Salahovun qızı vəfat edib

Rəssam və aktrisa Alagöz Salahova 19 sentyabr 2023-cü ildə vəfat etmişdir. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yaymışdır. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Alagöz Tahir qızı Salahova 1953-cü ildə Moskva şəhərində anadan olmuşdur. O, Xalq rəssamı Tahir Salahovun qızıdır.

Rəssamlıqla məşğul olmaqla yanaşı, Alagöz “Dantenin yubileyi" (1978) filmində Sevil, "Özgə ömür" (1987) filmində Tamilla, "Bağlı qapı" filmində (1981) Rəna obrazlarını canlandırmışdır. 

Mərhumun 70 yaşı var idi. 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2023)