Bu dəfə fərqli kotlet - quş südü kotleti

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının  mətbəx bələdçisi Aysel Qarayeva bu dəfə qurmanlar üçün quş südü kotletinin reseptini təqdim edir. 

 

Öncə onu deyək ki, adi kotletdən bu kotletin fərqi heç də tərkibində süd olması ilə deyil. Fərq yalnız ondadır ki, bu kotletdə mannı yarmasından istifadə edilir. 

 

Lazım olan ərzaq: 

500 qr toyuq filesi

1ədəd baş soğan

1ədəd yumurta

1xörək qaşığı mannı yarması

Duz, istiot

Suxari

 

İçlik üçün:

5ədəd qaynadılmış yumurta

50 qr kərə yağı

50 qr holland pendiri

1-2 şüyüd qolu

Duz, istiot

 

Hazırlanması:

Öncə ət və soğan maşından keçirilir, içərisinə mannı, yumurta, duz və istiot vurularaq qarışdırılır.

Yumurta əzilir, digər ərzaqlar içərisinə əlavə olunaraq qarışdırılır. Kotletlərə uzunsov forma verilir, soyuducuda saxlanılır.

Ətin içinə içlik qoyularaq bükülür, suxariyə batırılıb qızardılır.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2023)