İstəsən qutab, istəsən kabab, istəsən düşbərə…

Rate this item
(0 votes)

Düşünməyin ki, master klasslar yalnız incəsənət sahələrində olur. Kulinariya əsla ədəbiyyat, kino, musiqi və rəssamlıqdan geri qalmır. “Ədəbiyyat və incəsənət” portalı sizlərə cari belə tədbir barədə məlumat verir. 

 

“İçərişəhər Muzey Mərkəzi” valideyinləri və övladlarını Qala qoruğunda master klassa dəvət edir. Nə master klass? Burada milli kulinariyanın yeməkləri iştirakçıların istəyi əsasında seçilir. Hansı yeməklər? Deyək də. Qutablar, kabablar, dolmalar və xəmir xörəkləri. 

Master kalssda hər bir iştirakçı yemək hazırlayacaq. Aşbazsa bütün prosesi idarə edəcək. Yemək hazır olana qədər iştirakçı  üçün musiqili proqramı təşkil olunacaq və master klasslar hazırlanmış təamların dequstasiyası ilə başa çatacaq.  
Master Klassi əldə etdiyiniz halda (012)4591437 nömrəsinə zəng edib milli mətbəximizin hansı yeməyini seçdiyiniz haqqında bir gün öncədən xəbər etməyiniz lazımdır.

Bir sözlə, həm həzz alacaq, həm öyrənəcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)