“İrəvan mətbəxindən nümunələr” layihəsində Tərəvəzli balıq bükməsi

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Tərəvəzli balıq bükməsinin hazırlanma qaydasını təqdim edəcəyik.

 

 DÜSTUR 

§ Balıq – 183 qr

§ Kərə yağı – 35 qr

§ Qırmızı soğan – 25 qr

§ Pomidor – 50 qr

§ Bolqar bibəri – 25 qr

§ Acı bibər – 5 qr

§ Heyva – 35 qr

§ Nar turşusu (məti) – 17 qr

§ Badam – 15 qr

§ Cəfəri – 12 qr

§ Xardal sousu – 10 qr

§ Mərzə qurusu – 2 qr

§ Sarıkök – 0,1 qr

§ İstiot (dənəvər) – 0,05 qr

§ Duz – 4 qr

 

HAZIRLANMASI:

Balığın filesi 35°-li bucaq altında 75-80 qramlıq yarpaq şəklində doğranır. Qalınlığı 5-6 mm olmalıdır. Duz, istiot, xardal sousu, nar turşusu, yağ vurularaq, basdırma olunur. Tərəvəz- lər samanvarı şəkildə doğranır, hey- va sürtkəcdən keçirilir. Bunlara duz, istiot, sarıkök, nar turşusu, mərzə qurusu, xırda doğranmış göyərti vurulur və qarışdırılır. Hazırlanmış tərəvəz qarışığı yarpaq şəklində doğranmış balıq tikələrinə bükülür. Bü- külmüş hissələrin açılmaması üçün iki yerdən çöp keçirilir. Sobanın sini- si yağlanır. Soba qızdırılır, balıq bük- mələri siniyə düzülür, sobaya qoyulur və 180°C-də 20-25 dəqiqə müddətində bişirilir. Bişən zaman bir dəfə bükmələrin üzərinə fırça ilə yağ çəkilir. Hazır olana yaxın çıxarılır. Bir müd- dət saxlanılır, sonra buluda düzülür, üzəri bəzənir və süfrəyə verilir. Hər paya iki bükmə düşür. Bu xörək düyü, tərəvəz, meyvə, göyərtidən hazırlanmış qaralarla süfrəyə verilə bilər.

 

Nuş olsun! 

 

Ədəbiyyat və incəsənət”

(26.07.2024)