“İrəvan mətbəxindən nümunələr” layihəsində Tərəvəzlə buxarda bişirilmiş ala qızılbalıq

Rate this item
(0 votes)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Tərəvəzlə buxarda bişirilmiş ala qızılbalığın hazırlanma qaydasını təqdim edəcəyik.

 

 

DÜSTUR 

§ Balıq – 200 qr

§ Gül kələm – 50 qr

§ Kök – 50 qr

§ Zəngilər soğanı – 45 qr

§ Kartof – 50 qr

§ Heyva – 35 qr

§ Kahı – 35 qr

§ Limon – 10 qr

§ Zeytun yağı – 17 qr

§ Nar – 15 qr

§ Dəfnə yarpağı – 3 qr

§ İstiot (dənəvər) – 0,05 qr

§ Duz – 4 qr 

 

HAZIRLANMASI:

Müasir dövrdə istifadə olunan sobalarda buxarla bişirmək üçün xüsusi hissə nəzərdə tutulub. Bundan əlavə, xüsusi buxarla bişirmə cihazı satılır. Əgər on- ların heç biri olmazsa, qazana su doldurulur, qızdırılır, su qaynadıqda üzərinə simələk və ya aşsüzən qoyulur. File şəklində olan balıq və müxtəlif formada doğranmış tərəvəzlər aşsüzənə yığılır, duz, istiot, dəfnə yarpağı vurulur. Ağzı qapaqla örtülür və 20-25 dəqiqə müddətində bişirilir. Bu xörək də həm isti hal- da, həm də soyuq halda qəlyanaltı kimi verilir. Süfrəyə verilərkən balıq, tərəvəz- lər xüsusi zövqlə bəzənir, üzərinə zeytun yağı gəzdirilir. Balıq pay şəklində də buxarda bişirilə bilər. Bu zaman 50-60 qramlıq tikələrə doğranır.

 

Nuş olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2024)