“İrəvan mətbəxindən nümunələr” layihəsində - Sulu şilə

Rate this item
(0 votes)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə  Sulu şilənin hazırlanma qaydasını təqdim edəcəyik. 

 

DÜSTUR:

§ Qovurma – 200 qr

§ Soğan – 20 qr

§ Ərinmiş yağ – 100 qr

§ Düyü (və ya yarma) – 100 qr

§ Əvəlik – 8 qr

§ Ələyəz – 8 qr

§ Şıbırt – 8 qr

§ Pul bibər (və ya bibər tomatı)

– 0,1 qr

§ Duz – 6 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Soğan xırda doğranır, qovurma yağında qızardılır, üzərinə əvvəlcədən isladılmış əvəlik, ələyəz və şıbırt əlavə olunur və qovrulur. Üzərinə işgənə, pul bibər, duz, istiot, sonra isə isladılmış yarma əlavə olunaraq bişirilir.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2024)