“İrəvan mətbəxindən nümunələr” layihəsində - Gicitkən küküsü

Rate this item
(0 votes)

 

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Gicitkən küküsünün hazırlanması qaydasını şərh edəcəyik. 

 

 ƏRZAQLAR:

§ Gicitkən – 100 qr

§ Göy sarımsaq – 8 qr

§ Göy soğan – 15 qr

§ Nanə – 8 qr

§ Yumurta – 40 qr

§ Un – 10 qr

§ Kərə yağı – 26 qr

§ Qatıq – 25 qr

§ Sarıkök – 0,1 qr

§ Zəncəfil – 0,1 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ qatıq – 50 qr

 

HAZIRLANMASI:

Göyərtilər təmizlənir, yuyulur, doğranır, dərin bir tasa qoyulur. Üzərinə yumurta, qatıq, un, duz, istiot, ədvalar vurulur və qarışdırılır. Tavada yağ əridilir və hazırlanmış qarışıq tavaya əlavə olunur. Kükü özünü tutandan sonra sobaya qoyulur. 200°C- də 25-30 dəqiqəyə hazır olur. Süfrəyə qatıqla verilir.

Kükünü odun üzərində çevirməklə də bişirmək olar, dağ, meşə tərələrini tovlayıb, acı suyunu çıxarmaq da olar.

 

“Ədəbiyyat və incəsənət”

(01.02.2024)