Ər Riyaddan mükafatla!

Rate this item
(0 votes)

 

Noyabrın 29-da Səüdiyyə Ərəbistanının  paytaxtı Ər Riyadda “Dünya Kulinariya Kitabları Mükafatı Təşkilatı” 29-cu dəfə ödülvermə mərasimi keçirib. Azərbaycanı bu tədbirdə Milli Kulinariya Assosiasiyasının  rəhbəri Tahir Əmiraslanov tərtib etdiyi “Dolmalar Azərbaycan mətbəxində. 381 nüsxə” kitabı ilə təmsil edib.

Və kifayət qədər uğurla. “Son 25 ildə dərc edilən ən yaxşı kulinariya kitabı”nominasıyasında “Dolmalar Azərbaycan mətbəxində. 381 nüxsə” kitabı mükafata layiq görülüb. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına açıqlama verən Tahir Əmiraslanov mərasimdə 100-dən çox ölkənin iştirak etdiyini qeyd edərək Azərbaycan adına qazanılan bu uğurdan qürurlandığını qeyd edib, habelə fürsətdən istifadə edərək Ər Riyaddakı Səfirliyimizin və Diasporamızın nümayəndərinə təşəkkürünü bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)