Böyük Britaniya və ABŞ fiımləri Bakıda

Rate this item
(0 votes)

Dünəndən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində Böyük Britaniya və ABŞ-da istehsal olunan və dünyada ən çox gözlənilən 2 film nümayiş olunmaqdadır. 

Bunlardan biri real hadisələr əsasında çəkilən “Oppenheymer” bioqrafik kinosudur.

Bu hekayə II Dünya müharibəsi illərində onun rəhbərliyi altında atom bombası yaradılmış amerikalı fizikin həyatından bəhs edir. (“Ədəbiyyat və incəsənət” portalı bu azbüdcəli fiım barədə sizlərə geniş danışmışdı)

 

Kvant mexanikası və nəzəriyyəsi, eləcə də kosmik şüalar fizikası sahəsində çoxsaylı nailiyyətlərə baxmayaraq, Robert Oppenheymer əsasən ölümcül silahların yaradılması sayəsində bütün dünyada geniş tanındı. Məhz ona görə də əvvəlcə onu ABŞ-da, sonra isə bütün dünyada “nüvə bombasının atası” adlandırılmağa başladılar.

Filmin rejissoru və ssenari müəllifi Kristofer Nolandır. Bu, onun karyerasının ən uzun və son 20 ildə R kimi qiymətləndirilən ilk filmdir (17 yaşdan aşağı izləyicilərə valideyn müşayiəti tələb olunur).

Baş rolu Killian Merfi canlandırıb, həmçinin Robert Dauni Jr., Emili Blant, Mett Deymon və başqaları da filmdə rol alıblar.

Filmin büdcəsi 100 milyon dollardır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində film 2 dildə nümayiş olunur: rus və ingilis.

İkinci ekran əsəri “Mattel” şitkətinin Barbi oyuncaqları seriyası əsasında “Barbi” komediya filmidir.

Filmin rejissoru Qreta Qerviqdir. Barbi və Ken rollarını Margo Robbi və Rayan Qoslinq canlandırıblar. Həmçinin rollarda Uvill Ferrell, Emma Makey, Simu Lyu və başqaları çəkilib.

Barbi gözəllik standartlarına uyğun olmadığı üçün “Barbieland”dən qovulur. Bundan sonra o, real dünyada yeni həyata başlamaq qərarına gəlir və burada mükəmməlliyə yalnız daxili harmoniya ilə nail ola biləcəyini kəşf edir.

Filmin büdcəsi 145 milyon dollardır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində film 3 dildə nümayiş olunur: türk, rus və ingilis.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)