ABŞ Kinematoqrafçılar Gildiyası 39 filmin çəkilişlərinə icazə verib

Rate this item
(0 votes)

ABŞ Kinematoqrafçılar Gildiyası aktyorların tətilinə rəğmən Kino və Televiziya Prodüserləri Alyansı ilə əlaqəsi olmadığı təsdiqlənən 39 müstəqil layihənin çəkilişlərinə icazə verib. 

 

Bu barədə kinonews.ru saytı xəbər verir və bildirir ki, belə bir icazəni ilk olaraq müqəddəs İsa Məsih haqqında məşhur “Seçilmişlər” serialı alıb.

Siyahıya, həmçinin “A24” müstəqil prodüser şirkətinin iki layihəsi də daxildir. İstehsal üçün təsdiqlənmiş filmlər arasında "The rivals of Amziah king ", "Riskli uçuş", “Dust bunny” və "Bride hard" adlı ekran əsərləri da var.

 

Şəkildə: “Seçilmişlər”dən kadr

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2023)