“Fotoları danışdı“ sənədli filminin məziyyətləri

Rate this item
(0 votes)

Bu yaxınlarda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş sənədli film ictimaiyyətə təqdim edildi. Söhbət ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan  “Fotoları danışdı“ sənədli filmi barədədir. Filmin ideya müəllifi və rejissoru Beynəlxalq dərəcəli fotoqraf Fərqanə Qasımlıdır. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, filmdə fotoqraf və fotomüxbirlərin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələri, nadir fotolar diqqəti cəlb edir. Bir çox tədbirlərdə fərqli media subyektlərinin (Rafael Qənbərov, Rafiq Bağırov, Şahvələd Eyvazov, Mirnaib Həsənoğlu, Dilavər Nəcəfov, Rasim Sadıqov  və s. ) təqdim etdikləri fotolar tamaşaçılarda böyük maraq doğurmuşdur. Heydər Əliyevin prezident olduğu on il ərzində  onun rəsmi və qeyri-rəsmi fotolarını çəkən fotomüxbirin  xatirələri tamaşaçını Heydər Əliyevin qaynar, enerjili fəaliyyəti ilə daha yaxından tanış edir. Film Ulu Öndərin Naxçıvanda Ali Məclisin sədri olduğu, həm də Bakıda Ali Sovetin sədri və Prezident olduğu dövrlərdəki fəaliyyətini əks etdirən məşhur fotoları, onların tarixçəsini özündə cəmləşdirə bilmişdir. 

Sənədli filmdə cəmiyyətə ilk dəfə təqdim edilən maraqlı arxiv fotolar da vardır. Çəkilişlərinin Azərbaycanda və Gürcüstanda aparıldığı  “ Fotoları danışdı“ sənədli filmini Ümummilli Liderimizin 100 illik yubileyinə layiqli töhfə hesab etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2023)