Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi qastrol səfərinə hazırlaşır

Rate this item
(0 votes)

Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrın yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində teatrların iyun üçün regionlara təşkil olunan qastrol səfərlərinə start verib.

 

Bu çərçivədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı iyunun 27-də Lənkəran Dövlət Dram Teatrında "Bremen musiqiçiləri" tamaşası ilə çıxış edəcək.

Qrim qardaşlarının eyniadlı məşhur nağılının motivləri əsasında yazılan pyesin müəllifləri Yuri Entin və Vasili Livanovdur. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı İradə Muradovadır. 

Səhnə əsərində aktyorlar Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Əliheydər, Xaliq Bəkirov, Araz Primov, Müşviq Əliyev, Tahir İsmayılov, Nuranə Hüseynova, Gülbəniz Lətifova, Elgün Yəhyayev, Anar Səfiyev, Ramil Məmmədov, Aydın Dəmirov, Tahir İsmayılov, Nuranə Hüseynova, Gülbəniz Mustafayeva, Hilal Dəmirov iştirak edirlər.

Qeyd edək ki, “Bremen musiqiçiləri” iki gəncin sevgisindən bəhs edən, uşaqlar üçün nəzərdə tutulmuş bir nağıldır. Ən fərqli nəsillərin maraq göstərdiyi bu əsər tamaşaçılarda xoş duyğular yaradır. Tamaşanın yaradıcı heyəti balacalarda gözəl hisslər tərbiyə etməyə, onlarda pozitiv ovqat yaratmağa çalışırlar. Tamaşanın dinamikası, peşəkar aktyor oyunu və xoşbəxt sonluq hər kəsdə xoş hisslər oyadır. 

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2023)