Tehran rejimi Urmiyada “Şəhriyar” tamaşasının başa çatmasına icazə verməyib

Rate this item
(0 votes)

Tehran rejimi Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində “Şəhriyar” tamaşasının sonadək oynanılmasına icazə verməyib.

Bu barədə Oxu.az  “Azad İran” “Telegram” kanalına istinadən  məlumat verib. 

 

Bildirilib ki, teatr kollektivi aktyorlardan birinin xəsarət aldığını bildirib. Halbuki, mühafizəkar simalardan bəziləri tamaşada qadınların Azərbaycan rəqsini ifa etməsinə etiraz edərək teatra qarşı mübarizə aparılmasını tələb ediblər.

 

Tamaşanın ləğvindən sonra media və fəallar bildiriblər ki, Urmu şəhər Mədəniyyət və İrşad İdarəsinin rəisi Əlirza Novruzi həmin mühafizəkarların bu əməlinə dəstək verib.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2023)