Bu gün Qusar Dövlət Ləzgi Dram Teatrı Salyanda çıxış edəcək

Rate this item
(0 votes)

Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrın yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində iyun ayı üçün regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir.

 

Nazirlikdən bildirilib ki, bu çərçivədə Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi iyunun 20-də Salyan Dövlət Kukla Teatrında “Hekayəti-xırs quldurbasan” tamaşasını nümayiş etdirəcək.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)