“Məni çox sev” filminin treyleri yayımlanıb

Rate this item
(0 votes)

“Netflix” cinayət və dram janrlarını özündə əks etdirən türk filmi “Məni çox sev”in treylerini nümayiş edib.
Filmdə baş rolları Ercan Kesal, Sarp Akkaya, Songül Öden, Füsun Demirel, Aleyna Özgeçen, Güner Özkul ve Ushan Çakır canlandırır.
Filmdə Sedat Türkiyənin Konya şəhərində yerləşən həbsxanada gözətçi işləyən biridir. Sedat ona verilən tapşırığın bir hissəsi olaraq məhkum Musanı bir günlük həbsxanadan çıxararaq doğma şəhərinə aparır. Musa 14 illik həbsdən sonra ilk dəfə həyat yoldaşını, anasını və ondan uzaqlaşan qızı Yoncanı görür. Qızı ilə gözəl bir gün keçirən Musa nəyinsə səhv olduğunu hiss edir. Çox keçmədən anası Musadan gizlətdiyi hər şeyi ona danışır. Yonca əslində Musanın qızı deyilmiş.